İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


16.01.2018  10:36 

Nəsimi İH və “EDiF“ MTK Leyla Əliyevanın təşəbbüsünə qarşı- VİDEO+FOTO





A+  A-

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon ərazisi, Əlisgəndər İsgəndərov küçəsində (Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığı) yerləşən 5 mərtəbəli kooperativ yaşayış binalarının həyətinin bina tikintisi üçün gizlicə satıldığı üzə çıxıb.
Həmin ünvanda sakinlərin illərlə bundan əvvəl saldığı meyvə bağlarının ötən ilin aprelində Nəsimi rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən “ərazinin abadlaşdırılması və park salınması” adı altında məhv edildiyi barədə bundan əvvəl məlumat vermişdik. Sakinlər narahat idi ki, əslində binaların həyətini park salmaq üçün yox, çoxmərtəbəli binanın tikintisi üçün boşaldırlar və İcra Hakimiyyəti həyəti hansısa MTK-ya gizlicə satıb. O vaxt sakinlərin məsələni mətbuata çıxarmasından sonra işlər dayandırıldı və ağacların bir hissəsini qorumaq mümkün oldu.

Lakin sakinlərin bu narahatlıqlarının boşuna yaranmadığı üzə çıxıb. Həmin həyət “EDiF” MTK adlı hansısa şirkətə çoxmərtəbəli bina tikintisi üçün gizlicə satılıb və şirkət həyətə tikinti materialları töküb. Sakinlər bu dəfə başqa taktikaya əl atıblar-öz vəsaitləri hesabına ağaclar alıblar və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin “Bizim həyət” layihəsinə dəstək olaraq həyətdə yaşıllaşdıma işlərinə başlayıblar.

Sakinlərin bildirdiyinə görə, onlar öz vəsaitləri hesabına 120 ədəd ağac alaraq, yanvarın 13-də və 14-də ərazidə ağacəkmə aksiyası keçiriblər. Aksiyada ümumilikdə 30-a yaxın sakin iştirak edib. Lakin bir müddət sonra ərazidə tikinti aparan "EDiF" MTK-nın nümayəndəsi və polis əməkdaşları gələrək, sakinlərə mane olublar.

Onlar bildiriblər ki, bu ərazi artıq MTK-nın əmlakıdır və sakinlərin burada nəyəsə toxunması, ağac əkməsi qanun pozuntusudur. MTK- nümayəndəsi tələb edib ki, bu gün əkilən ağaclar çıxarılsın.

"Siz bizim qanuni ərazimizdə ağac əkməklə hüququmuzu pozursunuz. Burada ağac əkmək olmaz. Bu yer bizə məxsusdur”-MTK nümayəndəsi bildirib. Sakinlər isə bununla razılaşmayıblar. Onlar bildiriblər ki, hüququ pozulan MTK deyil, sakinlərdir. Sakinlər xəbərdarlıq ediblər ki, əkdikləri ağaclar çıxarılsa etiraz üçün Prezident Adminstrasiyasının qarşısına toplaşacaqlar.

“Prezident İlham Əliyev Bakıda yaşıllıqların məhv edilməsinin yolverilməzliyi barədə dəfələrlə sərt çıxışlar edib, məmurları buna görə cəzalandırıb. Prezidentin qızı Azərbaycanda və dünyada ətraf mühitin mühafizəsi yolunda çalışır, layihələr həyata keçirir. Leyla Əliyevanın irəli sürdüyü “Bizim həyət” layihəsi də bunlardan biridir, bu gözəl təşəbbüs Bakıda yaşayış binalarının həyətlərində yaşıllıq sahələrinin yaradılmasını nəzərdə tutur. Biz də sakinlər olaraq bu layihəyə dəstək veririk, həyətimizdə məmurların aldatma yolu ilə məhv etdikləri yaşıllığı bərpa edirik. İndi hansısa məmur cibini doldurmaq üçün bu həyəti tikinti şirkətinə satıb və bizim əkdiyimiz ağacları çıxarmaqla hədələyir”-sakinlərin müraciətində deyilir.

XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, ağacəkmə aksiyası zamanı sakinlərlə MTK nümayəndəsi arasında 1 saata yaxın mübahisə gedib. Hələlik əkilən ağaclar çıxarılmayıb. Lakin sakinlər narahatdır ki, bir neçə gün sonra gecə saatlarında MTK nümayəndələri gəlib, əkilən ağacları çıxaracaqlar. Sakinlər bildiriblər ki, onlar həyətlərini qorumaqda iddialıdırlar və bütün lazımı yerlərə də müraciət edəcəklər.

Sakinərin sözlərinə görə, həyətdə Nigar Rəfibəyli adına uşaq kitabxanası var və tikinti şirkəti həmin kitabxananı da sökür.

Qeyd edək ki, həmin ünvanda ağacların kəsilməsi və ərazinin bina tikintisi üçün satılması barədə Nəsimi rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilib. İcra Hakimiyyətindən bildirmişdilər ki, həmin binaların birinci mərtəbələrində yaşayan sakinlər həyəti “qanunsuz zəbt edərək ağaclar əkib”. İndi isə İcra Hakimiyyəti həmin ərazidə səliqə-səhman yaradır, gediş-gəlişə mane olan ağac budaqları kəsilir, abadlıq işləri aparılır. “Ağacların kəsilməsindən və həyətdə bina tikinisindən söhbət gedə bilməz”-İcra Hakimiyyətindən bildirmişdilər.

Lakin fakt ortadadır, ərazinin hansı MTK-ya satıldığı da artıq üzə çıxıb və şirkət əraziyə tikinti materialları gətirib. Tikinti üçün sərəncamı isə yəqin ki, Bakı şəhər İcra Hakimiyyəti verib. Bu, Bakıda son vaxtlar geniş yayılmış praktikadır. Şəhərdə satmağa boş ərazi qalmadığından məmurlar yaşayış binalarının həyətlərini, parkları, yaşıllıq zonalarını, hətta yolun ortasını müxtəlif tikinti şirkətlərinə satır, yaxud özlərinə yaxın şirkətlərin əliylə belə yerlərdə binalar tikir. Sakinləri isə hər dəfə “abadlıq işləri aparılır” adı ilə aldadırlar. Dövlət məmurları, İcra Hakimiyyəti tərəfindən geniş tətbiq edilən bu cür rəsmi dələduzluq əməlini dayandıran olacaqmı?










Xəbər 1554 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +