Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


15.01.2018  16:31 

“Kəramətin çalışdığı mətbuat orqanını Kəmaləddin Heydərov maliyyələşdirir” – Qazi jurnalist





A+  A-

Tanınmış jurnalist, qazi Rey Kərimoğlu mərhum şair Xəlil Rza Ulutürkü sosial şəbəkədəki səhifəsində aşağılayan gənc yazar Kəramət Böyükçölə və atası Qəşəm Nəcəfzadəyə müraciət edib.
XəzərNews.az Rey Kərimoğlunun müraciətini olduğu kimi təqdim edir:

- İllərdir söz azadlığıdır deyib mənəvi dəyərlərimizi, şəxsiyyətlərimizi aşağılayırlar! Başa düşürük, haradan, kimdən, necə gəlir, onu da anlayırıq! Kəramət və onun kimi gənclər isə arada ona-buna söz atıb gündəmdə qalmaq, populyarlaşmaq üçün bundan istifadə edirlər. Amma ta Xəlil Rzanı - şəhid atasını hədəf seçmək, onu aşağılamaq...Bu lap ağ oldu! Bu yol verilməzdir! Həm də Kəramətin çox zərərli bir şəbəkənin təsiri altında olduğunu sezirəm - əxlaqsızlığı təbliğ edən, vətənə, vətənpərvərliyə nifrət edən, "torpağa görə adam öldürmərəm" deyib, əsgərlikdən qaçanlara, elə qaçmağa, erməniyə haq qazandırmaq və sairə...Əslində Kəramətin Xəlil Rzanı hədəf götürməsi həm də bundan irəli gəlir - ...Əkrəm kimi şərəfsizdən başlamış üzü bəri bunu yönlədənlər az deyil...
Vətəni sevərlər - ana kimi, bacı kimi, ata kimi, bala kimi! Və o sevdiklərinə qarşı təhlükə olanda önə çıxmalı müdafiə eləməlisən! Təəssübünü çəkməlisən! Bunun üçün vətən çağıranda əsgərliyə də getmək lazımdır. Yox sevmirsənsə, deməli xəstəsən! Xəstəsənsə müalicə olunmalısan! Özüyün ağlın kəsmir, böyüklərin aparıb müalicə etdirməlidir...
Əslində Qəşəm Nəcəfzadə övladına yaxşı tərbiyə verməyib, onu Əkrəmkimilərin təsiri altına düşməsinə şərait yaradıb. İndi də oğlunun əvəzinə üzür istəyir! Amma düz deyil! Kəramət özü etdiyi qəbahəti anlamalı və sonra üzr istəməlidir! Amma, ancaq və lakin Kəramət etdiyi qələti hələ qanmayıb, anlamayıb! Xəlil Rza şair kimi kimnsə xoşuna gəlməyə bilməz, amma onu kimsə aşağılaya bilməz! Çünki Xəlil Rza şəhid atasıdır! Şəhid atasını ələ salmaq, lağ eləmək olmaz! Edənin anasını, bacısını, dədəsini də söyərlər! Çünki Şəhid dövlətin simvollarından biri qədər müqəddəs və toxunulmazdır! Gərək atan bunları sənə başa salaydı!
Qəşəm Nəcəfzadə, nə qədər gec deyil, oğlunu başa sal, anlat ki o da adam kimi çıxıb bütün şəhid analarından, atalarından üzr istəsin! Təbrizin xeyli döyüş yoldaşları narahatdır! Gözləyirlər! Sonra demə ki, Rey demədi!
P.S. Bilmirik Şəhidin haqqını yeyən yaramaz məmurlara cavab verək, yoxsa şair balasına?!
P.P.S. Növbəti şərhim Kəmaləddin Heydarov barədə olacaq! Çox sərt olacaq! Çünki Kəramətin çalışdığı mətbuat orqanını K.Heydərov maliyyələşdirir!

Xəbər 2355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +