Çox yaşamaq istəyirsinizsə, bunlara əməl edin
İnsan psixologiyasını pozan qidalar bunlardır
26 yaşlı gənc ürəyindən bıçaqlanıb
Türkiyə silkələndi
Planetin ən yaşlı sakini öldü
Ermənistanın baş naziri istefa şərtlərini açıqlayıb
Sumqayıtda dənizə çıxmış 2 gənc batıb
Cəbhədə bu gecə də sakit keçməyib
Oğuzda zəlzələ olub
Sabah da hava yağışlı olacaq


13.01.2018  11:17 

Qarabağ münaqişəsi Aİ-nin diqqət mərkəzində qalacaq





A+  A-

Qarabağ münaqişəsi Avropa İttifaqının (Aİ) diqqət mərkəzində qalmaqda davam edir.
XəzərNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatına cavab olaraq Aİ nümayəndəsi bildirib.

"Gürcüstan və Moldovadakı həlli yubanan münaqişələr, eləcə də Qağlıq Qarabağ problemi bizim də diqqət mərkəzimizdədir. Belə münaqişələrin nizamlanması üzrə mövcud formatlarda ATƏT-in fəaliyyətinin daha da gücləndirilməsinə İtaliyanın sadiqliyini yüksək qiymətləndiririk", - deyə Avropa İttifaqının nümayəndəsinin bəyanatda bildirilib.

Yanvarın 11-də İtaliyanın ATƏT-də sədrliyinin başlaması münasibətilə Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib. İclasda təşkilatın fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ölkəsinin sədrlik dövrü üçün proqramını və prioritet istiqamətləri açıqlayıb.

Xüsusi iclasdan öncə yayılan bəyanatda qeyd edilib ki, İtaliya beynəlxalq təşkilata sədrliyi dövründə “Dialoq, himayədarlıq, məsuliyyət” şüarı altında açıq, şəffaf və əhatəli fəaliyyət göstərəcək.
ATƏT məkanında münaqişələrə toxunan sədr ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Xəbər 688 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2018  14:54 

Türkiyə silkələndi

22.04.2018  14:32 

Sabah hava necə olacaq? - Proqnoz

22.04.2018  13:58 

Planetin ən yaşlı sakini öldü

22.04.2018  11:04 

Oğuzda zəlzələ olub

21.04.2018  16:08 

Sabah da hava yağışlı olacaq


BÜTÜN XƏBƏRLƏR +