İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


12.01.2018  10:56 

Röyanın keçmiş əri istintaqa ifadə verdi





A+  A-

"Çudo Peçka"nın həbsdə olan sahibi Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları Anar, Teymur, Asim atalarının cinayət işində şahid qismində dindiriliblər.
XəzərNews.az-ın verdiyi xəbərə görə, istintaqa ifadə verən Anar Cəlilov deyib ki, heç bir yerdə işləmir: "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub. 2012-ci ildə atam məni yanına çağırıb dedi ki, "Çudo Peçka"nın fəaliyyəti ilə bağlı "Bank Standard"dan mənim adıma 4 milyon 225 min manat kredit götürmək istəyir. Mən də onunla razılaşdım, bundan sonra həmin bankın "MUM"un yanında yerləşən baş ofisinə getdim. Orada mənə təqdim olunan sənədləri imzaladım. Lakin həmin sənədlərdə nə yazıldığı dəqiq bilmirdim. Səhv etmirəmsə, adıma götürülən kreditin rəsmiləşdirilməsi üçün hazırlanan sənədlər idi. Amma kredit üzrə ayrılan pulu mən götürməmişəm".

Ç.Cəlilovun digər oğlu Teymur Cəlilov öz ifadəsində qardaşı Anar Cəlilovla eyni məzmunlu ifadə verib.

Qeyd edək ki, müğənni Röya Ayxan Anar Cəlilovun ikinci həyat yoldaşı olub. Onların Hüseyn adlı bir oğlu var. Cütlük 2014-cü ildə boşanıb.

Xəbər 1375 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +