İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


11.01.2018  11:17 

Vətəndaş şəxsi torpaq sahəsinin “Çıxarış”ını ala bilmir





A+  A-

Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanında yaşayan İsmayılova İlhamə Filman qızı ona məxsus olan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Çıxarış” ala bilmir.
İddiaçının vəkili Emil Dadaşov qeyd edib ki, uzun müddətdir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsi İsmayılova İlhamə Filman qızının istifadəsində və sahibliyindədir: “İ.İsmayılova həmin torpaq sahəsini hasara alaraq orada abadlaşdırma işləri aparıb, müxtəlif növ ağaclar əkib. Torpaq sahəsindən istifadəyə görə M.Ə.Rəsulzadə Bələdiyyəsinə vaxtı-vaxtında torpaq vergisi ödəyib. Bütün bu faktlar “2015-ci il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi”, “2013-cü il yerli (bələdiyyə) vergilər üzrə fiziki şəxsin şəxsi hesab vərəqəsi” ilə də öz təsdiqini tapıb. Həmçinin iddiaçıya M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən şəxsi hesab vərəqəsinə əsasən 06021 saylı kod ayrılıb. Buradan da bəlli olur ki, qeyd olunan həmin torpaq sahəsi artıq uzun müddətdir iddiaçının sahibliyində və istifadəsində olub. İddiaçı isə hər il həmin torpaq sahəsindən istifadəyə görə M.Ə.Rəsulzadə Bələdiyyəsinə 499.20 manat məbləğində vəsait ödəyib. Bu faktlarda M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş 20.02.2013-cü il tarixli seriyası GRS N:591363 saylı Yerli (Bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzlə də öz təsdiqini tapır. Bununla bağlı olaraq iddiaçı İsmayılova İlhamə Filman qızı Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsinə onun daimi istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İşə baxan Binəqədi rayon məhkəməsinin hakimi K.Əsədov 24 iyul 2015-ci il tarixli 2(001)-9161/2015 saylı qətnaməsinə ilə İsmayılova İlhamə Filman qızının iddia tələbini təmin edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsinə onun daimi istifadə hüququ tanınıb. 23 sentyabr 2015-ci il tarixdə isə Binəqədi rayon məhkəməsinin 24 iyul 2015-ci il tarixli 2(001)-9161/2015 saylı qətnaməsi qanuni qüvvəyə minib. Bundan sonra iddiaçı 22.12.2015-ci il tarixdə rəsmi qaydada ərizə ilə maraqlı şəxsə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsini ilkin hüquqi qeydiyyata almaqla daimi istifadə hüququna dair “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın verilməsini xahiş edib. Maraqlı şəxs 09.01.2016-cı il tarixli 163022300929 saylı cavab məktubu ilə bildirib ki, qeyd olunan torpaq sahəsi bələdiyyə ərazisinə aid deyildir”.
Vəkil qeyd edib ki, daha sonra iddiaçı yenidən 29.06.2015-ci il tarixdə rəsmi qaydada ərizə ilə maraqlı şəxsə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsini ilkin hüquqi qeydiyyata almaqla daimi istifadə hüququna dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsini xahiş edib: “Maraqlı şəxs isə bu dəfə 13.07.2016-cı il tarixli 163021032895 saylı cavab məktubu ilə bildirib ki, qeyd olunan qətnamə ilə daşınmaz əmlakı dair Bakı şəhər ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmayıb və borclu kimi Bakı şəhər Ərazi İdarəsi qoyulmayıb. Maraqlı şəxs tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən cavablar verilib. Bütün bunlar onu göstərir ki, maraqlı şəxs artıq 2015-ci tarixdən bilib ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, mənzil 176 ünvanından yerləşən 800 kv.m torpaq sahəsinə onun daimi istifadə hüququ tanınması barədə 23 sentyabr 2015-ci il tarixdə isə Binəqədi rayon məhkəməsinin 24 iyul 2015-ci il tarixli 2(001)-9161/2015 saylı qətnaməsi var və qanuni qüvvəyə minib. Bu fakt maraqlı şəxsin cavab məktublarında da öz təsdiqini tapıb. Belə olan halda hesab edirik ki, maraqlı şəxs tərəfindən apelyasiya şikayəti vermək üçün müddət ötürülüb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə (Apelyasiya şikayəti vermək hüququ) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə (Apelyasiya şikayətinin verilmə müddəti) əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər”.
Vəkilin sözlərinə görə, iş üzrə maraqlı şəxs tərəf qismində çıxış edə bilməz çünki, həmin torpaq sahəsi Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyənin mülkiyyətindədir: “Buna görə də hesab edirik ki, Binəqədi rayon məhkəməsi ədalətli, qanuni və obyektiv olaraq 07 noyabr 2017-ci il tarixli 2(001)-9161/2015 saylı Qərardad qəbul edib. Çünki maraqlı şəxs hal-hazırda ki, iş üzrə tərəf ola bilməz. Bunu təsdiq edən hər hansı bir mötəbər sübut iş materiallarına maraqlı şəxs tərəfindən əlavə olunmayıb.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə (Apelyasiya instansiyası məhkəməsinin səlahiyyəti) əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ var”.

XəzərNews.az

Xəbər 2148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +