Dilənçi payı üçün papaq atırlar
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO


10.01.2018  18:25 

Təhsil Nazirliyi işçi axtarır





A+  A-

Təhsil Nazirliyi İnformasiya şöbəsinin İcraya nəzarət və statistika sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edib.
Bu barədə XəzərNews.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizənin surəti

- əmək kitabçasının surəti

- ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir)

- bir ədəd ağ fonda rəngli foto şəkil

- son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu (10 yanvar 2018-ci il tarixindən 25 yanvar 2018-ci il, saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edə bilərsiniz.

Telefon: 599-11-55 (dax: 52-28)

Vəzifə: İnformasiya şöbəsi, İcraya nəzarət və statistika sektoru, sektor müdiri

Ştat vahidinin sayı: 1

İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat

Qulluq funksiyaları: Nazirlik daxili və tabe qurumlardan toplanılan statistik məlumatlar əsasında elektron bazalar yaradır və həmin məlumatların nazirliyin struktur bölmələrinin fəaliyyətində istifadəsini təmin edir, toplanmış məlumatları təhlil edir və müxtəlif hesabatlar hazırlayır, əmr, sərəncam və digər xidməti sənədlərin icrasına nəzarəti təmin edir, vətəndaşları qəbul edir, hüquqi və fiziki şəxslərin şifahi və yazılı müraciətlərinin müəyyən olunmuş müddətlərdə cavablandırılmasını təmin edir, sektor əməkdaşlarının fəaliyyətini istiqamətləndirir, onlara tapşırılan işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edir; sektorun əməkdaşlarının həvəsləndirilməsi, onlara ixtisas dərəcələrinin verilməsi, fəaliyyətinin qiymətləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə onların vəzifədən kənarlaşdırılması ilə bağlı rəhbərliyinə təkliflər verir; əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər görür.

Xəbər 1044 dəfə oxunub.



19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb


BÜTÜN XƏBƏRLƏR +