XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


10.01.2018  09:46 

Gənclər niyə özünü öldürür? - Sonuncu addım…





A+  A-

Son vaxtlar, xüsusən, gənclərin intihar etməsi daha da artıb. Hər kəsi düşündürür ki, həyata yenicə başlayan, potensialı olan bu gənclər niyə yaşamağı deyil, ölümü seçirlər?
XəzərNews.az xəbər verir ki, “Ekspress” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, təkcə yanvarın 8-9-da Azərbaycanda dörd gənc intihar edib. Belə ki, Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib. Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib. Bakıda, “Ulduz” metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib. Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib.

Ümumdünya Səhiyyə Təşkilatı ekspertlərinin fikrincə, intihar problemi artıq bütün dünyada qlobal xarakterlidir. Müxtəlif statistik məlumatlara görə, dünyada intiharlar nəticəsində ölənlərin sayı müharibə nəticəsində ölənlərdən çoxdur.

Psixoloq Raminə Həsənova qəzetə bildirib ki, yeniyetmə və gənclərin intihar etməsinin əsas səbəbləri ailədaxili münasibətlərin düzgün olmaması, ailədə problemlərin yaşanması, cavabsız qalan sevgidir: “İntiharları cəmiyyətdə gedən dəyişikliklərlə də izah edən alimlər olur. Həmyaşıdları ilə münasibətlərin pozulması, pis vərdişlərə aludəçilik də intihara təkan verən səbəblər arasındadır”.

İntihar fikri insanda adətən birdən-birə yaranmır. Bu, bir neçə dəfə ağla gələn, çox vaxt depressiyanın ağırlaşması ilə nəticələnən ağır sonluqdur. “Yeniyetmə və gənclərin əhvalsız olması, özünə qapanması, valideynləri ilə öz yaşadıqları, duyğuları ilə bölüşməməsi, apatiyada olması intihar haqqında fikirlərə işarədir. Valideynlər diqqətli olmalı və belə hallarda yaranmış vəziyyəti dəyişdirməyə çalışmalıdır. Mümkün deyilsə, psixoloq köməyindən faydalanmaq lazımdır”.

Həsənovanın sözlərinə görə, çox vaxt gəncin psixoloji durumunun mənfiyə doğru formalaşmasında valideynlər özləri günahkar olur: “Sevgisiz, diqqətsiz qalan övlad bəzən bunu yanlış yerlərdə axtarır və tapmadıqda bu, travma, bunun da aradan qaldırılmaması ilə intihara aparan depressiya ilə nəticələnir. Eləcə də, valideynlərin övladlarını başa düşməməsi, onları çox sıxması, təzyiq altında saxlaması hələ bərkiməmiş psixologiyalarını zədələmiş olur. Təəssüf ki, əksər vaxtlarda yaxınları, valideynləri şəxslərin intihar edəcəyindən xəbərsiz olur. Çünki onları uzunmüddətli depressiv vəziyyətdə görmələyə alışıblar. Yeniyetmələrin maddi tələblərini ödəməmə, ailədə yaşanan maddi sıxıntılar da gəncdə yaşamağa dair ümidlərini puç edə bilər”.

Psixoloq bildirib ki, uşaqlar dərslərinə görə yaxşı nəticə əldə edə bilmədikdə valideynlər onları danladıqda, bəyənmədikdə də dərin kədər keçirirlər: “Bəzən valideynlər övladlarından mümkün olmayanı istəyir, onu alçaldır, təhqir edir, cəzalandırırlar. Uşaqlar arasında zorakılıq halları da onları intihara sürükləyən əsas səbəblərdəndir”.

R.Həsənova qeyd edib ki, intihar edən şəxslər zəif xarakterli olurlar: “Ölməklə insan problemi həll etmir. İntihar problemlərdən qaçış yoludur. Adətən məsuliyyətsiz insanlar intihar edir. Çünki məsuliyyəti dərk edən insanlar intihar etməz. Məsuliyyətli insan bu yola üz tutmaz. Onlar daha asan yolu seçir, ölümü yaşamaqdan üstün tuturlar. İntihar edən şəxslər şəxsiyyət tiplərinə görə fərqi olurlar. Yəni özlərinə qadağa qoya bilmirlər. Özlərini idarə etməyə qadir deyillər”.

Psixoloq məsləhət görür ki, valideynlər daim övladlarına onları çox sevdiklərini hiss etdirməli və onları olduğu kimi qəbul etməlidirlər: “Valideyn basqı olmadan övladının əhatə dairəsi, dostları ilə maraqlanmalıdır. Onun tərbiyəsi ilə məşğul olmalı, həyatında baş verən hadisələrdən xəbər tutmalıdır. Müasir zamanda valideynlər övladlarına daha az diqqət göstərməyə başlayıb. Kompüter, mobil telefon, internetdən istifadə gəncləri canlı ünsiyyətdən uzaqlaşdırır və onları qapalı edir. Bundan başqa internetdə yeniyetmə və gənc qeyri-real həyatda yaşayır. Gerçəklikdə uydurduğu həyatı yaşaya bilmədikdə stress keçirir”.

Xəbər 2244 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +