XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


09.01.2018  10:05 

Qəza törədən “175”in sürücüsünə görə kim məsuliyyət daşıyır?





A+  A-

"Sürücülük hüququ olmayan şəxsi işə götürməyin, avtobusu ona verməyin bütün məsuliyyəti nəqliyyat sahibinin üzərində qalır”.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Bakıda sərnişin avtobusunun qəza törədərək dərəyə yuvarlanmasına münasibət bildirərkən deyib.

Ə.Hüseynov bildirib ki, 175 nömrəli marşrut xətti üzrə qəza törətmiş avtobus sürücüsünün sürücülük vəsiqəsi olmayıb, həm də həmin şəxs məhkumluq həyatı yaşayıb:

"Azərbaycan qanunvericiliyi məhkumluğu olan şəxsin işə qəbul olunmasını qadağan etmir. Amma işə götürən təbii ki, vətəndaşı işə götürməmişdən öncə müəyyən araşdırma aparmalıdır. Cəmiyyətə hörmətsizlikdə, o cümlədən dələduzluq, xuliqanlıq, şəxsiyyət əleyhinə cinayətlər törətmiş insanları avtobus sürücüsü kimi işə götürmək təhlükəlidir. Çünki bu adamlar yenə də ictimai təhlükəli ola bilərlər. Eyni zamanda, avtobus sürücüsü kimi işə götürmək üçün tələb var - bu, sürücülük hüququnun olmasıdır. Əgər sürücülük hüququ olmayan şəxsə avtobus verilirsə, bu, o deməkdir ki, nəqliyyat sahibinin fəaliyyətində ciddi hüquqi problemlər var”.

Qeyd edək ki, yanvarın 6-da Zığ şosesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-XM-581 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində ümumilikdə, 20 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Araşdırmalar zamanı avtobus sürücüsünün sürücülük hüququ olmadığı və məhkumluq həyatı yaşadığı məlum olub.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda bildirilir ki, sözügedən hadisəni törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xəbər 2001 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +