Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


05.01.2018  10:36 

Oğru dünyasında taxt-tac oyunu — Kim Rusiyaya birinci çatacaq?





A+  A-

Bir neçə nüfuzlu qanuni oğru azadlığa çıxdıqdan sonra "baş oğru" titulu uğrunda mübarizə başlayıb.
XəzərNews.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Rusiya mətbuatının yazdığına görə, 2018-ci il oğru dünyasında ən maraqlı il olacaq. Bunun isə bir neçə səbəbi var.

Birincisi, kriminal aləmə ciddi təsir imkanına malik 3 qanuni oğru azadlığa çıxacaq. İkincisi, qanuni oğru Nadir Səlifov təsir dairəsini genişləndirəcək. Bu isə bir çox qurbanlarla müşayət olunacaq. Üçüncüsü, 1 nömrəli qanuni oğru titulu uğrunda mübarizə kəskinləşəcək.

Lotu Quli

2017-ci ildə oğru dünyası üçün ən vacib hadisələrdən biri Lotu Qulinin azadlığa çıxması oldu. Kriminal general Türkiyəyə yerləşdi və klanını formalaşdırmağa başladı. Bununla da 1 nömrəli qanuni oğru tituluna iddialı olduğunu elan etdi. Bunun üçün isə Rusiyada yaşamaq lazımdır. Quli bu səbəbdən Rusiyaya köçmək üçün hazırlıqlara başladı. Nadir qardaşı Namiqi Moskvaya göndərdi. Namiq Bakinskiy adı ilə tanınan Namiq Səlifov Azərbaycan diasporuna liderlərinin kim olduğunu "başa saldı". Bir çoxları Səlifova etimad göstərdi. Bir sıra bazarlar, iri şirkətlər Qulinin himayəsinə keçdi. Amma Kaluja şossesindəki iri bazar onlar üçün toxunulmaz qaldı.

Çünki Zaur və Məhərrəm buraya yerləşiblər. Zaur mərhum qanuni oğru Rövşən Lənkəranskinin qohumudur. Rövşəni killerlər Türkiyədə qətlə yetiriblər. Ehtimal edilir ki, bu qətlin sifarişçisi Lotu Qulidir. Rövşənin ölümündən sonra Zaur qohumunun Moskvadakı bir sıra obyektlərini ələ keçirə bilib. Bu obyektlər arasında Kaluja şossesindəki bazar da var.

Məhərrəm nə vaxtsa Pokrovski bazarının sahibi olub. Bazar bağlandıqdan sonra da bu bizneslə məşğuliyyətini davam etdirib. Sonra isə uzun müddətə kölgəyə çəkilib. Bir sıra səbəblərə görə qanuni oğru Zaxariy Kalaşov, yəni Şakro Molodoy onu xoşlamırdı. Buna görə də Məhərrəm gözə görünməməyi üstün tutmuşdu. Məhərrəm sonradan Zaurla koalisiya yaradır. Nəticədə Kaluja şossesindəki bazarda Zaur və Məhərrəm baş ofis açırlar. Bu ofisdə Azərbaycan diasporu nümayəndələri qəbul edilir, onların problemləri həll edilirdi.

Bu vəziyyət Quliyə sərf etmirdi. Onun dəqiq mövqeyi belə idi: azərbaycanlıların 1 kriminal lideri var və bu şəxs də Nadir Səlifovun özüdür. Amma Namiq vəziyyəti qaydaya sala bilmədi, Quli isə bəzi obyektiv səbəblərə görə Moskvaya uça bilmir. Qəflətən Nadir Səlifov insan oğurluğuna görə axtarışa verilir. Bundan sonra Namiq də tələsik Türkiyəyə qayıdır.

Qardaşlar baş verənlərə görə Zaur və Məhərrəmi günahkar bilirlər. Bu isə onlara heç də yaxşı gələcək vəd etmir. Zaur və Məhərrəm güclü mühafizə sistemi qurublar. İctimai yerlərdə peyda olmamağa çalışırlar. Hüquq mühafizə orqanları isə Zaur-Məhərrəm cütlüyü ilə Səlifov qardaşları arasında savaşın 2018-ci ildə yeni fazaya daxil olacağını düşünürlər.

Qeyd etmək lazımdır ki, Lotu Quli nəinki Azərbaycan diasporu, həm də bütün kriminal aləmdə bir nömrə olmaq niyyətindədir. Rusiya hüquq-mühafizə orqanlarının fikrinə görə, İstanbulda qətlə yetirilən qanuni oğru Dato Pankisskiy də Qulinin qurbanıdır. Dato Pankisi dərəsində anadan olub və çeçendir. O, İstanbulda biznesmen və qanqsterlərin kriminal dünyanın nümayəndələri ilə problemlərini həll edirmiş.

Son vaxtlar Dato digər çeçen qanuni oğru Azizlə yaxınlaşıb. Bu zaman isə bir neçə dəfə Qulinin "yoluna çıxmağa" da cəsarət edib. Quli isə əmindir ki, Türkiyədəki mafiozlar və iş adamları problemləri ilə ancaq ona müraciət etməlidirlər. Nəticədə Dato güllələndi. Nəzərə almaq lazımdır ki, Türkiyədə Səlifovu xoşlamayan qanuni oğrular da az deyil. Məsələn, Merab Canqveladzenin klanı. Deməli, 2018-ci il Türkiyədə də müəyyən məsələlər olacaq.

Bundan başqa Səlifovun Abxaziyada həll edilməmiş problemi var. Raul Bartsbanın rəhbərliyi altında bir neçə qanuni oğru Qulinin çaparlarını döymüşdü. Quli isə ağır artilleriyasını və yaxın silahdaşı Rəşad Gəncinskini Abxaziyaya göndərmişdi. Pıza isə Rəşada tapançadan atəş açaraq yaralamışdı. Quli bunu heç vaxt bağışlamaz.

Taxt uğrunda mübarizə

Nadir Səlifov gizlətmir ki, əsas məqsədi 1 nömrə olmaqdır. 2017-ci ilə qədər bu taxt Şakro Maladoya məxsus olub. Şakronun uzun müddət azadlığa çıxmayacağı məlum olanda, Zaxariy kriminal general Vasiliy Xristoforovu yerinə təyin etdi. Vasiliy kriminal aləmdə Vasya Voskres adı ilə tanınır. Onun bütün mafioz dairələrdə nüfuzu var. Nüfuzlu slavyan qanuni oğruları ona tabedir. Amma Qulinin güclü təzyiqinə davam gətirib-gətirməyəcəyi məlum deyil.

Taxta başqa qanuni oğrular da iddialıdır. Eduard Asatryan və Dmitriy Çanturiya (Miron) da güclü klan qurmağa girişiblər. Amma qanqsterlər Quli və Osterin-Miron ittifaqı seçimində daha çox Qulini üstün tutdular. Məsələn, mafioz Gela Kardava da Qulinin klanını seçdi. Osetrin-Miron ittifaqı da dağılmağa məhkum oldu. Hazırda Asatryan Donbass vilayətində kriminal hərəkata liderlik etmək istəyir.

Yunanıstana yerləşən Laşa Şuşanaşvili də taxta iddialı ola bilərdi. Amma məlumdur ki, Laşa ilə Quli razılaşaraq bir-birlərinə qarşı durmayacaqlarını bildiriblər.

Vladimir Tyurin (Tyurik) də taxta iddialıdır. Amma son iki hadisə onu bu yarışdan çıxardı. Birincisi, onun yaxın dostu Yuriy Piçuqin (Piçuqa) həbs edildi. İkincisi, Ukraynada Tyurik Dumanın sabiq millət vəkili Denis Voronenkovu qətlə yetirməkdə şübhəli bilinir.

Azadlığa çıxanlar

2018-ci ildə üç qanuni oğru azadlığa çıxacaq. Onlar taxta iddia etməyəcəklər. Amma kriminal dünyada balansın dəyişməsinə ciddi təsir edə biləcəklər.

Badri Koquaşvili (Badri Kutaisskiy) azadlığa çıxacaq. Badri mafioz aləmdə böyük nüfuza malikdir. Onun nüfuzlu slavyan əsilli qanuni oğrularla əla münasibətləri var. Badri hansı qanuni oğrunu dəstəkləsə, sonuncunun nüfuzu daha da artacaq. Amma çox güman ki, Badri müharibədə iştirak etməyəcək və neytral mövqedə duracaq.

Ramaz Dzneladze də azadlığa çıxacaq. Ramaz Kutaisskiy adı ilə tanınan bu qanuni oğru Kutaisi klanının rəhbəri Tariel Onianin (Taro) sadiq silahdaşıdır. Ramazın oğru səlahiyyəti dayandırılsa da, Şakronun şəxsi qərarı ilə bu titul bərpa edilib. Ramazın kriminal aləmdə kifayət qədər nüfuzu var.

Taro da 1 nömrəli qanuni oğru olmaq istəyir. Bunun üçün isə azadlığa çıxmaq və Rusiyada yaşamaq lazımdır. Oniani isə İspaniyada çirkli pulların yuyulmasına görə həbsdə yatır.

2018-ci ildə Axmed Dombayev (Axmed Şalinskiy) azadlığa çıxacaq. O, kifayət qədər perspektivli qanuni oğru sayılır. Həbsdə yatdığı müddət ərzində "smotryaşi" və "polojeneç"lərə göstərişıər verir, təcrübə və nüfuz qazanıb. Azadlığa çıxdıqdan sonra Axmed də Quli kimi aktiv olacaq. Onu Çeçenistandan olan bir sıra qanuni oğru dəstəkləyir.

Xəbər 1540 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +