Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


31.12.2017  13:52 

Ermənilər üçün darıxan əməkdar mühəndis vә baş redaktor - ÖZÜNÜİFŞA





A+  A-

Bu gün Azərbaycan Respublikasının əməkdar mühəndisi Tofiq Qəhrəmanov Bakı və bakılılar haqqında öz təsuratlarını yazıb. O, "ürək sözləri”ni rus dilli saytlardan birinin redaktorunun xahişi ilə yazdığını bildirib.
Uzun müddət bu mövzuya toxunmaq istəyirdim, lakin hər dəfə əlim gəlmirdi, açığını desəm, buna qərar verə bilmirdim. Qələminə hörmət etdiyim Rəhman Hacıyevin (1news.az saytının baş redaktoru-red.) xahişi mənim üçün böyük impuls (güc) oldu ki, oturum və birnəfəsə beynimdən keçənləri yazım”, - deyə Tofiq Qəhrəmanov bildirib.

İlk baxışdan tanınmış mühəndisin köhnə Bakı haqqında yazacaqları bir oxucu kimi hər kəsə maraqlı gələ bilər. Lakin yazını oxuduqca bu maraq qəzəb və hiddətə çevrilir. Çünki yazının əvvəlində belə Tofiq Qəhrəmanov Sovet, SSRİ xiffətində yaşadığını açıq-aydın bildirir.

Atasının Gəncədən, anasının Şuşadan olduğunu deyən mühəndis, ailəsinin Bakıya 20-ci illərdə gəldiyini vurğulayıb. Bakıya valeh olduğunu deyən mühəndis, sətiraltı mənalarda bu vurğunluğunu rus mədəniyyəti və dili ilə bağlayıb.

Yazının müəllifi birbaşa etiraf edir ki, Bakıda ana dili rus dili olub və bu onun üçün bir mədəniyyət göstəricisidir. Çox təəssüflər olsun ki, bu fikirləri yazan ölkənin sayılıb-seçilən mühəndisi və yüksək vəzifə daşıyan Tofiq Qəhrəmanovdur. Məhz bu insan etiraf edir ki, gəncliyində vurğunu olduğu ruslar və ermənilər hələ də onun üçün böyük meyardır.

"ХIX əsrdə Böyük Rus imperiyası Bakıda əlçatmaz mədəniyyət yarada bilmişdi”, - deyə Tofiq Qəhrəmanov bu mədəniyyətin qurucuları kimi məhz erməniləri göstərir.

Keçmişi unuda bilməyən Sovet dövrünün yetirməsi SSRİ dövründə Bakıda bakılılarla ermənilərin dost-qardaş kimi yaşadığını yazır. Həmin illərin həsrətində olan Tofiq Qəhrəmanov, hələ də ermənilər üçün darıxdığını gizlətmir.

Çox təəssüflər ki, bu şəxs, müasir Azərbaycanda yaşasa da, Sovet dövlətini unuda bilmir. Bu da təəssüfedici məqamlardan biridir ki, belə fikirlər təkcə Tofiq Qəhrəmanov yox, onun kimi bir çox vəzifə sahiblərinin unudulmaz amalıdır. O, Azərbaycanda regionçuluq edərək həm öz xislətini ortaya qoyur, həm də daşıdığı vəzifənin onun üçün nə qədər ağır olduğunu... Yəqin ki, elə isti kreslo ona azərbaycançılıq məfkurəsini unutdurub. Ancaq unutmamalıdır ki, o isti kreslolar onun kimi çox insanı yola salıb. /Azxeber.com/

P.S. 1news.az saytı uzun müddət nurçuların Azərbaycandakı liderlərindən olan, buna görə də Prezident Aparatındakı yüksək postundan qovulan Elnur Aslanovun nəzarətində olub və həmişə ölkənin milli adamlarına qarşı şər- böhtan kampaniyası aparıb.

Xəbər 1360 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +