XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


27.12.2017  11:25 

Deputatlar İraqdakı azərbaycanlı uşaqlardan DANIŞDI





A+  A-

İraqda kimsəsizlər evində qalan 20-yə yaxın azərbaycanlı uşaqlarla bağlı məsələ vaxtaşırı ölkə gündəmində müzakirə edilir. Bir neçə gün öncə Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aşıqlama verərək bildirmişdi ki, həmin uşaqların bəziləri artıq ölkəyə gətirilib. Lakin uşaqların sayı, onların hansı şəraitdə saxlanılması və digər məsələlərlə bağlı hələlik mətbuata hər hansı açıqlama verilmir.
Xatırladaq ki, bu günlərdə deputat Qənirə Paşayeva İraqdakı kimsəsizlər evində olaraq həmin uşaqlara görüşmüşdü. Millət vəkili bildirmişdi ki, həmin uşaqların Azərbaycana gətirilməsi üçün lazım olan vəsait yol pulu və təxminən hər uşaq üçün 400 dollar həcmində cərimədir. Onun bu açıqlaması müəyyən müzakirələrə yol açdı. Suallar doğurdu ki, neft ölkəsi olan Azərbaycan öz körpələrinə görə bu vəsaiti ödəmək iqtidarında deyilmi?

Məlumdur ki, Suriya və İraqda təkcə Azərbaycanın deyil, dünyanın müxtəlif ölkələrinin vətəndaşları, qadınlar və uşaqlar qalıb. Məsələn, bu günlərdə Suriyadan 50 rus qadın və uşaq tapıldı. Rusiya mətbuatının yaydığı məlumata görə, onların əksəriyyəti çeçendir və onların Dağıstana göndərilməsi ilə bağlı işlər görülür. Bundan əvvəl isə Çeçenistan rəhbəri Ramzan Kadırovun təşəbbüsü ilə Suriya və İraqın qaynar nöqtələrində qalan 89 nəfər insan Qroznıya gətirildi. Onların arasında qadınlar, uşaqlar da var. Təkcə bu ilin avqust ayında Kadırovun köməkliyi ilə 5 uşaq vətəninə gətirilmişdi.

Qeyd edək ki, yerli mətbuatda İraqda azərbaycanlı uşaqların olması ilə bağlı məlumat və videogörüntülər bu ilin sentyabr ayında yayıldı. Bundan sonra dövlət rəsmiləri də məsələyə reaksiya verərək, müvafiq dövlət qurumlarının tez bir zamanda həmin uşaqların Azərbaycana gətirilməsi və yaxınlarına təhvil verilməsi istiqamətində işlər görüldüyünü bəyan etmişdilər. O cümlədən xarici işlər naziri Elmar Məmmədyarov da bildirmişdi ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla rəhbərlik etdiyi qurumla bərabər müvafiq rəsmi təşkilatlar da məşğuldur. Lakin hələlik məsələ ilə bağlı konkret nəticə yoxdur.



XəzərNews.az bildirir ki, deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu məsələ artıq aktuallaşıb və gündəmə gətirilib. Sevindirici haldır ki, Qənirə Paşayeva da bu məsələyə xüsusi diqqət ayırdı. Buna görə hesab edirəm ki, məsələni bu günlərdə Milli Məclisin gündəliyinə də gətirmək olar. Çünki uşaqların ölkəyə gətirilməsi üçün tələb olunan vəsait yüksək deyil. Azərbaycan dövləti kifayət qədər güclü dövlətdir və belə bir məsələdə də güman edirəm ki, laqeydlik göstərilməyəcək. Çox güman ki, işlər görülür. Bu haqda mənim də o qədər məlumatım yoxdur. Amma hər halda, məsələnin həlli üçün əlimizdən gələni edəcəyik. Yəni növbəti iclaslarda məsələni qaldıracağıq. Sadəcə, ayrı-ayrı şəxslər bu işlə məşğul olduğu üçün çox adamın məsələyə müdaxilə etməsi problemin həllində müəyyən ziddiyyətlər yarada biləcəyini ehtimal etdiyimizdən bir qədər diqqət ayırmamışıq. Amma əgər onlar azərbaycanlı uşaqlardılarsa, mütləq ən azı bu istiqamətdə boynumuza düşən addımı atmalıyıq”.



Millət vəkili Zahid Oruc isə mövzuya bu cür şərh bildirdi: “Uşaqların taleyi məhz onların valideynlərinin İraqda və Suriyada ”cənnət axtarışı" ucbatından bu cür bəlalı formaya gəlib çıxıb. Xatırlayırsınızsa, bu yaxınlarda Suriyada dağıntıların arasından Abdulla və Xədicə adlı iki uşaq tapılmışdı. Bununla bağlı məsələ yerli mətbuatda da işıqlandırıldı və uzun müddət gündəmdə qaldı. Reallıq ondan ibarətdir ki, son 6 ildə dünyanın hər yerindən, o cümlədən Azərbaycandan “cihad bayrağı” altında döyüşməyə gedənlər çox olub. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin bəyanatına əsaslansaq, onların sayı 900 nəfərə yaxındır. Rəsmi rəqəmlər bəlkə də burada tam gerçəkliyi əks etdirməsə, bəllidir ki, onların yarısı sağ qalıb. Onların uşaqlarının taleyi burada çox önəmlidir. İraqda azyaşılı körpələr var və onlar müharibənin dəhşətini yaşasalar da, onlar terror fəaliyyətlərinə qoşulmayıblar, onların canlı bomba kimi istifadə edilməsi haqda məlumat almamışıq.

Düşünürəm ki, bu məsələnin həlli təkcə hansısa vəsaitin tapılıb yoluna qoyulmasında deyil. Ən kiçik təşəbbüs halında da toplanacaq vəsaitdir, əgər doğrudan da onların taleyi təxminən 400 dollardan asılıdırsa. Hər bir halda həmin uşaqlar ya valideynlərinin, dini təbliğatların qurbanlarıdır və xilasa layiq ilk qüvvədir. Azərbaycan hökuməti həmin vətəndaşlarının qorunması üçün müvafiq qurumlara tapşırıqlar verməlidir. Bu, yalnız Xarici İşlər Nazirliyi səviyyəsində ola bilməz. Həmin uşaqlar qaytarıldıqdan sonra onların taleyi, gələcək yaşantıları, sosial durumları haqda düşünülməlidir. Bütün bunlar, sadəcə, parlament üzvlərinin, medianın deyil, konkret dövlət strukturlarının işi olmalıdır. Həmin 20 uşaq gələcəkdə Azərbaycanın həyatında iştirak edəcək insanlardır və dövlət strukturlarının borcu onları qorumaq hüquqlarını təmin etməkdir. Biz o qədər də çox deyilik ki, hansısa coğrafi məkanlarda insanlarımızı itirək. İnanırıq ki, həmin uşaqlar cəmiyyətimiz üçün yararlı insanlara çevriləcəklər. Ona görə də həmin uşaqları taleyin hökmünə buraxmalı deyilik. Hesab edirəm ki, kütləvi informasiya vasitələrində apardığımız bu diskussiyalar öz bəhrəsini verəcək".

Xəbər 2559 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +