AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.12.2017  10:48 

Damarlarını kəsən direktordan kim pul istəyib?





A+  A-

“Direktordan pul alınması və ya istənilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
XəzərNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Göyçay rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Lütfiyar Qurbanov 9 nömrəli orta məktəbin direktorunun intihara cəhdinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 1961-ci il təvəllüdlü Akif Qəribovun damarlarını kəsməsini ilk ailəsi öyrənib:

“Hadisə dünən axşam 10-un yarısında baş verib. Vəziyyəti ağır olduğu üçün Təcili Tibbi yardımla xəstəxanaya çatdırılıb. Hazırda rayonun mühafizə orqanları, prokurorluq hadisəni araşdırır. Nəticəsi barədə isə ictimaiyyətə açıqlama veriləcək.
Yazılanlar həqiqətə uyğun deyil. Pul alınması, istənməsi kimi faktların heç biri olmayıb. Məktəbdə sonuncu dəfə yoxlama may ayında olub. Başqa bir hadisə yaşanmayıb”.

***

Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, intihara cəhd edən A.Qəribov hazırda Reanimasiya Şöbəsindədir. Onun vəziyyəti stabil olaraq qalır.

Xəbər 1202 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +