Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


21.12.2017  16:34 

Yanvarın 1-dən qüvvəyə minən cərimələr: 600 AZN-dək... + SİYAHI





A+  A-

Yanvar ayının 1-dən bir sıra cərimələr, prezidentin imzaladığı fərman və maaş artımları qüvvəyə minir.
XəzərNews.az baku.ws-yə istinadən bəzi qanunlara edilən dəyişikləri təqdim edir:

- Bu il Yol Hərəkəti Haqqında qanuna bir neçə dəyişiklik edilib. Əsas dəyişikliklər parklanma qaydalarına aiddir.

Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 53-cü maddəsinin XX hissəsi 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin hissədə qeyd olunur: Nəzərdə tutulmuş müddətin bitməsinə 1 saat qalmış İnzibati Xətalar Məcəlləsinin 125.2.2-ci (müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir) maddəsində nəzərdə tutulmuş qaydada nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir.

Həmçinin İXM-nin buna uyğun olaraq cərimələri qüvvəyə minib.

Maddə 346-1. Parklanma qaydalarının pozulması

346-1.1. Nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə - on manat məbləğində cərimə edilir.

346-1.2. Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə - on manat məbləğində cərimə edilir.

346-1.3. Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə - on manat məbləğində cərimə edilir.

346-1.4. Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə -on manat məbləğində cərimə edilir.

346-1.5. Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə - iyirmi manat məbləğində cərimə edilir.

- Torpaq Məcəlləsinin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilib:

Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

Qanun layihəsində deyilir ki, bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

- Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamında dəyişiklik edib.

Sərəncamla Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulublar.

Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

- Şəxsiyyət vəsiqəsini, pasportunu itirənlər və ya qəsdən korlayanlar cərimə edilməyəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

566-cı maddənin mövcud mətnində isə deyilirdi ki, şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin şəxsiyyət sənədinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib və cərimə ləğv olunub. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

- Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə Azərbaycanda əkin sahələrinin yandırılmasına görə cəzaların müəyyənləşdirilməsinə dair qanun layihəsi təqdim olunub. İnzibati Xətalar Məcəlləsinə yeni maddə - 244-1 (Əkin yerlərinin yandırılması) əlavə edilib.

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Xəbər 2124 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +