AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


20.12.2017  13:37 

“Oğlumu sifarişlə tutan hakim və prokurorun da aqibətini görəcəyik”





A+  A-

“Mən oğlum tutulandan demişəm ki, bu sifarişdir. Çünki ondan şikayət də yoxdur. Ona 5 il həbs cəzası vermək istəyirdilər, 3 il iş kəsdilər. Mən indi neyləyə bilərəm?.. Məhkəməyə deyiblər ki, 3 il ver, hakim də verib”.
XəzərNews.az bildirir ki, bu sözləri Modern.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə oğlu Əlihüseyn Salahzadənin 3 il müddətinə azadlıqdan məhrumedilməsi ilə bağlı danışarkən deyib.

O, məhkəmənin qərarından nə Apellyasiya Məhkəməsinə, nə də Ali Məhkəməyə şikayət edəcək.

“Məhkəmənin qərarından nə Apellyasiya Məhkəməsinə, nə də Ali Məhkəməyə müraciət edəcəm. Çünki mən bunun nəticəsini öncədən bilirəm. Ona görə də özümü niyə aldadım ki? Bu bir şoudur ki, düzəldirlər. Camaata desinlər ki, tanınmış, hörmətli adamın övladını belə edirik, siz də özünüzü yığışdırın. Mən oğlumun tutulmasının haradan başlayıb, harada bitdiyini yaxşı bilirəm. Oğluma 3 il həbs veriblər. Görəsən, 3 ildən sonra bu adamlar harada olacaq ? Həmin sifarişçilər, hakim, prokuror harda olacaq? O mənə maraqlıdır. Məhkəmə boş şeydi. Dedilər tut, tutacaqlar”.

Hacı Qalib deyib ki, bu günə qədər oğlunun 10 dəfə qapalı məhkəməsi keçirilib.

“Məhkəməyə jurnalistləri də buraxmırdılar. Çünki jurnalistlər bunu yazacaqdı və araşdırmalar aparacaqdı. Jurnalistlər deyəcəkdirlər ki, belə şey olar? Heç kimi məhkəməyə buraxmırdılar. Elə bil ki, o, başqa dövlətin kəşfiyyatçısıdır, nədir? 1 nəfərin də 10 dəfə məhkəməsi olar? Bu yandan deyirlər ki, həbsxanaları doldurmayın, o yandan da belə edirlər. Məhkəmə, prokurorluq sistemi əhalidə dövlətə qarşı inamsızlıq yaradır. Cənab prezident dəfələrlə tapşırıq verir ki, belə şeylərin qarşısını alın. Mənim oğluma bir yumruğa görə 3 il həbs verilib. Xeyir ola? 3 ildən sonra sifarişçilər, hakim, prokuror harda olacaq? Vəzifədə olanları çıxarandan sonra görürük ki, nə gündədirlər. Kimi vəzifədən çıxarırlar, görürsən ki, balası qaçıb xaricə, ya da özü xaricə köçür. Bunlar burada yaşaya bilirlər bəyəm?”.

Qeyd edək ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda Əlihüseyn Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ə.Salahzadə "Azərsu"nun əməkdaşı Elbəy Mirzəyevi döyməkdə təqsirli bilinir.

Xəbər 2124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +