Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


19.12.2017  10:25 

“İcra başçısı torpaq satışı ilə yanaşı tikintidən də külli miqdarda xərac alır“ - Binəqədidə nə baş verir?/Fotolar





A+  A-

Deyilənə görə, “yaşıl soyqırıma” məruz qalan əraziyə icra başçısının yaxın qohumları nəzarət edir
Bir neçə gün öncə bəzi saytlarda Binəqədi rayon prokuroru Nazim İmanovla Binəqədi rayon icra başçısı arasında qalmaqal yaşandığı haqda xəbər yayılıb. İddia olunurdu ki, Bakının 6-cı mikrorayon ərazisində yerləşən Heydər məscidinin yaxınlığındakı zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılmasının arxasında icra başçısı Xaləddin İsgəndərov dayanır. Məlumatda bildirilirdi ki, icra başçısının birbaşa tapşırığı ilə əraziyə ağır texnika gətirilərək zeytun bağının bir hissəsində ağaclar qırılaraq, yerində tikinti işləri başlanıb.

Məsələnin ictimailəşməsindən sonra müvafiq qurumlardan sərt reaksiyalar verilib. Məlumatda iddia edilirdi ki, Binəqədi rayon prokuroru Nazim İmanov əraziyə tabeliyində olan işçilərini göndərərək tikintinin dayandırılmasına çalışıb. Amma prokurorun bu istəyi icra başçısının müdaxiləsindən sonra nəticəsiz qalıb. Xaləddin İsgəndərovun tikintini dayandırmaq istəyən prokurorla sərt şəkildə mübahisə etdiyi də bildirilir.

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı adıçəkilən ünvanda olub, vəziyyətlə maraqlanıb.

Ərazidə olduğumuz zaman “yaşıl soyqırım”ın şahidi olduq. Zeytun bağları yoxa çıxmaq üzrədir. Ətrafda yaşayan sakinlərin dediyinə görə, hektarlarla sahəsi olan zeytun bağları zaman-zaman məhv edilərək ərazisi müxtəlif şəxslərə satılıb. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, zeytun ağaclarının yerində dəbdəbəli villalar ucalır. Bu ərazidə, necə deyərlər, yalnız imkanlı və vəzifəli şəxslər yurd salıb. İddialara görə, illərdir icra başçısı yaşıllığı məhv edərək ərazini yüksək məbləğə imkanlı şəxslərə satır. Sakinlər məhv edilən zeytunluq ərazilərdə təqribən 100-ə yaxın ev tikildiyini bildirdilər. Ərazidə müşahidəmiz zamanı əksər villaların həyətində zeytun ağaclarının hələ də qaldığını gördük.

Zeytun ağacları əhatəsində böyük bir ərazi hasarlanıb, tikintiyə hazırlıq işləri aparılır. Hasarlanan ərazinin yaxınlığında bünövrədə istifadə edilən tikinti materialları gətirilib. Məhv edilən ərazidə isə zeytun ağaclarının qalıqları hələ də qalır. Ağacların bir neçəsinin kökünün və gövdəsinin yandırıldığının şahidi olduq.

Həmin ətrafda yaşayan, adının çəkilməsini istəməyən sakinlərdən biri ilə həmsöhbət olduq. O, zeytun bağları məhv edildiyi üçün gileyləndi: “İllərdir ki, qəsəbədə yaşayıram. Buranın hər enişini-yoxuşunu əzbər bilirəm. Yüksəklikdə yerləşdiyi və yaşıllıqlarla əhatələndiyi üçün buranın gözəl havası var. Gördüyünüz evlərin yerində sıx zeytun ağacları var idi. Bu cür yaşıllıqları məhv elədilər. Bura kiminsə atasının bağı deyil ki, hər istəyən ağac qırıb, ev tiksin. Bir müddət sakitlik idi, indi yenidən zeytun ağaclarını qırmağa başlayıblar. Əvvəllər bura zeytun bağları ətrafında yaşayan Binəqədi sakinləri üçün qazanc yeri olub. Camaat zeytun yığmaqla gündəlik çörəkpulu qazanardı. Yeni məhv edilən bağda isə təqribən 5 sota yaxın ərazidə xeyli zeytun ağacı var idi. Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə texnika salıb, bütün ağacları məhv elədilər. Məqsədləri bəlli idi, yeri kiməsə satmaq. İndi ərazidə təmizlənmə işləri aparırlar. Ərazidən çıxan tullantıları zeytun ağaclarının üstünə atırlar. Bir neçəsini də belə məhv elədilər. Bildiyim qədər torpağın sotu 20 min manatdan hesablanıb. Torpağı alan şəxs yenicə tikinti işlərinə başlamaq istəyirmiş, həmin ərəfədə mane olanlar oldu. Zeytun ağaclarının kəsildiyinə görə tikinti aparılmasına icazə verilmədi. Bu zaman qalmaqal yaşandı. Əraziyə icra hakimiyyətinin rəsmi şəxsləri toplaşmışdı. Hətta deyilənə görə, icra başçısı Xaləddin İsgəndərovun özü də burada olub, müdaxilə edib. Daha sonra tikinti davam etdirilib. Lakin sökülən evin kimə məxsus olduğunu bilmədim”.

Kiçik bir araşdırmadan sonra öyrəndik ki, bu ərazidə torpaq almaq və yaxud ev tikmək olduqca bahadır. Bir sot torpağın qiyməti minimum 20-40 min manat civarındadır. Torpağı aldıqdan sonra isə tikinti aparmaq üçün də gərək icra hakimiyyətinin “halal”lığını da alasan. Öyrəndik ki, qiymətlər əl yandırır. Məlumata görə, icra başçısı torpaq satışı ilə yanaşı tikintidən də külli miqdarda xərac alır. Sakinlərin dediyinə görə, bu ərazidə birmərtəbəli ev tikmək üçün 20 min, ikimərtəbəli evin qiyməti isə 30 min manatdır. Ətrafda yaşayan sakinlərin dediyinə görə, bu əraziyə icra başçısının oğlu və yaxın qohumları nəzarət edir. Yəni onların icazəsi olmadan bir zeytun ağacının budağı belə kəsilə bilməz.

Zeytun bağları əhatəsində onlarla dəbdəbəli villalar olsa da, ərazidə sakitlik hökm sürürdü. Zeytun bağlarına yaxın yerləşən Həmzə Babayev küçəsinin sakini ilə həmsöhbət olduq: “Özüm Binəqədi sakiniyəm. Nəinki bu zeytun bağları, ümumiyyətlə, Binəqədidə yaşıllıqlar məhv edilir. Harada boş yer gördülər, dərhal həmin yerin ağaclarını doğrayıb, yerini satırlar. Yaxınlıqda parkın bir addımlığında onlarla ağacı kəsib, özəl bir şirkətə satdılar. Camaat narazılığını bildirsə də, icra hakimiyyətinin ”qoçu"ları hədə-qorxu gəlib, istəklərinə çatdılar. Ümumiyyətlə, Binəqədi ərazisində ev tikmək müşkül məsələyə çevrilib. Daşı-daş üstünə qoyan kimi adamın başının üstünü kəsirlər ki, “hesab” verməlisən. Burada da ki, maşallah olsun, hamı imkanlı və vəzifəli adamlardır. İcra başçısı üçün fərqi yoxdur, heç kimə hörmət eləmir. “Pulunu ver, işini gör” deyir. Hətta buna görə bir neçə vəzifəli şəxslə mübahisələri də olub".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.









Xəbər 1816 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +