İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.12.2017  10:34 

Röya Nigarı rüsvay etdi: “Onun arxası yapışdırılmadı...”





A+  A-

“Nigardan ötrü ölürdüm, hara getsəm onu daşıyırdım. Türkiyəyə getməmişdən qabaq Nihat Odabaşı Bakıya gəlmişdi. Nigara zəng vurdum ki, birgə yemək yeyək. Razılaşdı, amma axşam zəng vuranda dedi ki, Londona uçuram, yoxam. Elə birtəhər gəldi ki, bu qız mənə deməmiş niyə Londona gedib? O instaqramda təbrik etmələr filan... Bunlar deyəsən öyrəşdilər baş bağlayıb açmağa”.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Röya Ayxan “Xəzər maqazin”ə açıqlamasında deyib. Müğənni həmkarı Nigar Camalla yaşadığı qalmaqala münasibət bildirib.

O, keçmiş rəfiqəsi haqqında hər kəsi təəccübləndirəcək iddialar səsləndirib:

“Mənlə Türkiyəyə stilist Elnur Həsənov getməli idi. Onun da Allah canını sağ eləsin. Dedi ki, gəlinlərimi qoya bilmirəm. Mən də dedim ki, hansısa bir qız toy günündə ağlamasın. Eybi olmaz. Stilist Anar Ağakişiyevi də Nigar bron etmişdi. Axşam ona dedim ki, vaxtın olsa məni də bəzəyərsən. Bunu da Nigar bildi və icazə vermədi. Anara zəng vurub dedim ki, narahat olma. bilirəm ki, səni Nigar qoymur. Qırmızı xalçada Nəsiblə (aparıcı Nəsib Nur) salamlaşmışam. Keçmişəm kənara, onları gözləyirəm. Mən nə bilim ki, bu qız deyir ki, Röya çıxıb getsin, mən tək qırmızı xalça üzərinə çıxım. Çox səy qızam, bunu bildim.

Anar əlini atıb məni çağıranda Nigar qışqırıb deyir ki, bunu niyə çağırırsan? “Bunu” e? “Bu” sənsən! Qaça-qaça bir bayrağı əlinə götürmüsən. Yaxşı ki, o oğlanın ayağı düşüb (red: Eldar Qasımov). Eldarın şansıdır ki, onun başına quş qondu. Bir “Eurovision”a görə özünü nə zənn etdin? Kim demirəm. Səhnəyə məni çağıranda ona əlimi atdım. Nigar isə arxasını çevirdi. Arxası da ki, hamısında yapışdırılmadı. Sonadək Nigarın qalib olacağını düşünürdüm. Bu haqda fikirləşməmişdim ki, qalib olacam. Elə olsaydı mən də Nigar kimi anamla gələrdim, sevgililərimin hamısını ora yığardım.

Əməkdar artist daha sonra bir neçə gün bundan əvvəl İradə İbrahimova ilə yaşadığı söz savaşına reaksiya verib:

“İradənin də iki uşağı var. Ərinə desəm gəlib sürüyüb evinə aparacaq. Gedib evlərində otursunlar. Mən onsuz itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdə, digəriniz bilinmir hardasız”.

Nigar Camal isə instaqramda canlı yayıma qoşularaq izləyicilərinin suallarını cavablandırıb. O, Röyanın efirdə səsləndirdiyi ittihamlara da münasibət bildirib:

“Kaş ki, Miri Yusif kimi mən də təqdimata getməzdim. Oranı mənə çox təriflədilər. Heç “MUZ TV” mükafatları qədər deyil. Röya həmin günü həm məni, həm də Samir Cavadzadəni instaqramda bloka atıb. Çünki biz duet oxuyacağıq. Əvvəlcədən ora gedəndə hamı bilirdi ki, qalib Röyadır. Kompleksi olan insanlar belə açıqlamalar verə bilər. Kimin sözü varsa, zəng vurub desin. Çıxıb efirdən bədənimi süni adlandırmaq lazım deyil. Özlərində yoxdur deyə mənimkinə sataşırlar. Qaldı ki, mən Anarın anasıyam ki, Röyanı makiyaj etməyə qoymayım?”.

Xəbər 1479 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +