Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


15.12.2017  10:12 

Prezidentin icra başçılarına verdiyi vaxt sona çatdı - Kimlər gedəcək?





A+  A-

İşdən çıxarılan üç nəfərin siyahısına kimlər əlavə olunacaq?
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt dekabrın 15-də, yəni bu gün bitir. Yada salaq ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün icra başçılarına konkret vaxt verir. “İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Son günlər bir neçə dəfə yazdığımızdan əlavə təfərrüatlara varmırıq. Yalnız onu qeyd edək ki, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, özəl sərmayə ilə bağlı məsələdə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Axar.az bitməsinə sayılı günlər qalan 2017-ci ildə hansı icra başçılarının vəzifəsi ilə vidalaşmasını yada salıb. Bu il prezident sərəncamı ilə 3 icra başçısı vəzifəsindən uzaqlaşdırılıb. 1 iyun tarixində prezident sərəncamı ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov vəzifəsindən azad edilib. Elə həmin gün Kamal Cəfərov sözügedən rayonunun icra başçısı vəzifəsinə təyin edilib. Sərur rayonundan əvvəl 3 il Sədərək rayonunun icra başçısı vəzifəsini icra edən İ.Məmmədov sonuncu sərəncamdan sonra icra orqanlarından uzaqlaşıb.

Bu il icra başçısı vəzifəsi ilə birdəfəlik vidalaşan digər başçı isə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin rəhbəri İbrahim Mehdiyev oldu. O, 1 iyul tarixində prezidentin imzaladığı sərəncamla vəzifəsindən azad edilib. 2016-cı ildə “Şöhrət” ordeni ilə təltif olunana keçmiş RİH başçısı 2000-2006-cı illərdə Xətai Rayon İcra Hakimiyyətinin rəhbəri vəzifəsində çalışıb. 2006-cı ildə Xətai RİH rəhbəri vəzifəsindən azad edilsə də, Yasamal RİH-ə başçı gətirilib. Yasamal RİH-nin başçısı vəzifəsi hələ də vakantdır.

İcra başçıları ilə bağlı dekabrın 15-dək olan tarixədək sonuncu sərəncam Quba Rayon İcra Hakimiyyəti ilə əlaqədardır. Belə ki, 2 dekabr tarixində İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə bu vəzifəyə təyin edilmiş Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. O, bundan öncə Ucar RİH-in başçısı vəzifəsində çalışıb. Y.Məmmədov sonuncu sərəncamla icra orqanlarından birdəfəlik uzaqlaşdırılıb. Elə həmin gün Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xəbər 1441 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +