AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.12.2017  17:28 

Məleykə Abbaszadə məktəb təhsilini tənqid etdi





A+  A-

“9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30% şagird tədris prosesindən ayrılıb,10-cu sinfə keçmir”.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə deyib.

O bildirib ki, müxtəlif parametrlərə görə Sumqayıtın nəticələri həmişə Bakının nəticələrindən yaxşı olub: “Bu il də Sumqayıtda XI sinfin buraxılış imtahanlarının nəticələri yüksəkdir, nəinki Bakının. Baxmayaraq ki, Sumqayıtda 3000-ə yaxın, Bakıda isə 20 minə yaxın məzun var”.
Azərbaycanda icbari təhsilin 9 illik olduğunu xatırladan M. Abbaszadənin sözlərinə görə, DİM 14 və 15 dekabrda 38 şəhər və rayonun ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək. DİM sədri əlavə edib ki, monitorinq imtahanları dövlət vəsaiti hesabına təşkil olunacaq.

“XI sinfin buraxılış imtahanlarının nəticəsi təkcə məktəbin nəticəsi deyil, çünki şagirdlər məktəbdən əlavə hazırlaşırlar. Buna görə də IX və XI sinfin buraxılış imtahanlarında fərqi görürük”, - deyə Direktorlar Şurasının sədri vurğulayıb.

Xəbər 1538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +