Xırdalan dairəsi necə olacaq?
Prezident koronavirusla bağlı tapşırıq verdi
Sabah Bakıda 12 dərəcə isti olacaq
Tələbələrin köçürülməsinə başlanılır
Çinlilərin Rusiyaya girişi qadağan edildi
AZAL Çinə bilet alan sərnişinlərə müraciət etdi
Tramp Ərdoğana başsağlığı verdi
Bu 5 məhsulla stresə dayanıqlı olun
ABŞ Çinə yardım təklif etdi
Çin koronavirusa qarşı 8 milyard ayırdı


13.12.2017  11:57 

Baş redaktor təcridxanaya köçürülmədi





A+  A-

"Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra H.Vəliyevin vəkilləri onun hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini, H.Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib.
Vəsatətlər təmin edilməyib.
Məhkəmənin baxışı dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub.

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cinayət işi üzrə təqsirləndirilən "Bizim dövr” qəzetinin baş redaktoru S.Əliyev və onun müavini H.Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi H.Əliyevdən ayrılıb.

Xəbər 574 dəfə oxunub.



28.01.2020  16:12 

Xırdalan dairəsi necə olacaq?

28.01.2020  10:58 

Bu mikrorayonlarda su olmayacaq

27.01.2020  21:19 

ABŞ Çinə yardım təklif etdi

27.01.2020  16:19 

AŞPA-ya yeni sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +