Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


12.12.2017  11:04 

Abbas Abbasov xahiş etdi, Azad Rəhimov da onun dostu üçün federasiya yaratdı?





A+  A-

Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun xahişilə Azərbaycanda yeni idman federasiyası təsis edilib.
Bu barədə “XəzərNews.az”-a mötəbər mənbədən şok faktlar daxil olub.
Məlumata görə, Abbas Abbasov sözügedən federasiyanın yaradılması ilə əlaqədar ABŞ-ın Las-Veqas şəhərində Azərbaycanın Gənclər və İdman Nazirliyinin idman şöbəsinin keçmiş müdiri, AFFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü və Uşaq-Gənclər Futbol Federasiyasının eks-prezidenti Mirkamil Rəhimov, beynəlxalq dərəcəli azərbaycanlı hakim Hicran Şərifov və rusiyalı qonaqlarla görüş keçirib.
Görüş zamanı Abbas Abbasov onun iş adamı dostu olan Rövşən Həsənov üçün Azərbaycanda idman federasiyası yaradılmasını xahiş edib.
Həmin görüşdən az sonra gənclər və idman naziri Azad Rəhimovun imzası ilə Azərbaycanın Ədliyyə Nazirliyinə məktub göndərilib. Məktubda Abbas Abbasovun dostu Rövşən Həsənovun rəhbərlik edəcəyi “Miksd Martial Arts” adlı yeni federasiyanın təsis edilməsi xahiş olunub.
Ədliyyə Nazirliyi isə nazir Azad Rəhimovun xahiş məktubu əsasında sözügedən federasiyanın təsis edilməsinə razılıq verib. Hazırda bu təşkilata Rövşən Həsənovun göstərişi ilə Maqsud Əsgərov sədrlik edir.
Məsələnin qalmaqallı tərəfi odur ki, nazir Azad Rəhimov ya bilərəkdən, ya da bilməyərəkdən eyni idman növü üzrə 2 federasiya olmasına və həmin federasiyaların yaradılması ilə bağlı məktubları olmasına baxmayaraq, qanunun tələbini kobud şəkildə pozub və üçüncü federasiyanın yaradılmasına zəmin yaradıb. Sözügedən təşkilatların içərisində yalnız Kənan Məmmədovun prezidenti olduğu “Azərbaycan Miksed Martial Arts Liqası” (Azərbaycan MMA) legitim hesab olunur. Çünki “Azərbaycan MMA” 2011-ci ildə qeydiyyatdan keçib və Azərbaycan Milli Olimpiya Komitəsi (MOİK) tərəfindən tanınır.
Bütün bunlara baxmayaraq, 2012-ci ildə də Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin xahişi ilə Gənclər və İdman Nazirliyi “Azərbaycan Pankration Federasiyası”nın əsasında eyni idman növü üzrə “Pankration, Qraplinq, MMA Federasiyası” adlı yeni növbəti federasiyanın yaradılmasını həyata keçirib. Bununla da Azərbaycanda qanunun tələblərinə zidd olaraq, Miksed Martial Arts idman növü üzrə ən azı 3 federasiya fəaliyyət göstərir.
Ümumiyyətlə, ayrı-ayrı beynəlxalq federasiyası olan 3 idman növüni bir arada birləşdirən federasiyanın yaradılması “Bədən tərbiyəsi və idman haqqında” AR qanununun 10-cu maddəsinin 2-ci bəndinin kobud şəkildə pozulması deməkdir. Həmin qanunda açıq şəkildə göstərilir ki, Azərbaycan Respublikası (AR) ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik və ya federasiya qeydiyyatdan keçə bilər. Ona görə də qərargahı Londonda yerləşən Beynəlxalq MAA Federasiyası nə Azad Əsgərovun, nə də Maqsud Azadovun rəhbərlik etdikləri federasiyaları deyil, məhz 2011-ci ildə qeydiyyatdan keçmiş və hazırda Kənan Məmmədovun prezidenti olduğu “Azərbaycan Miksed Martial Arts Liqası”nı (Azərbaycan MMA) tanıyır.









XəzərNews.az


Xəbər 10774 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +