Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


07.12.2017  14:07 

Xaləddin İsgəndərova YOLUN SONU göründü





A+  A-

Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən çıxarılması onun kurasiyasında olan rayonların icra başçılarının yuxusuna haram qatıb.
XəzərNews.az xəbər verir ki, yuxusu ərşə çəkilənlərdən ən birincisi F.Məmmədovun bacısının həyat yoldaşı olan Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovdur. F.Məmmədovun “qəfil gedişi” bir neçə ildir Binəqədi rayonunda əməlli başlı hökümranlıq edən X.İsgəndərovu çıxılmaz duruma salıb. F.Məmmədov uzun illərdir “qubernatorluğuna” daxil olan rayonların icra başçılarını qohumu Xaləddin İsgəndərovun üzərindən idarə edirdi. Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Yardımlının icra başçısı Rəcəb Babaşov vaxtilə vergilər sistemində yüksək postlar tutmuşdular.

Binəqədidə baş verən xoşəgəlməz hadisələrə birbaşa məsuliyyət daşıyan X.İsgəndərovun bu günə qədər həmin məsuliyyətdən yaxa qurtarmasının başlıca səbəbi də məhz sabiq vergilər naziri Fazil Məmmədov idi. F.Məmmədovun “xatirinə” özünü toxunulmaz hesab edən X.İsgəndərovun taleyi yəqin ki, yaxın günlərdə bəlli olacaq.

Təkcə 2015-ci ildə Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasının yanmasında icra başçısı kimi (binaya tezalışan üzlük onun icazəsi və tələbi ilə vurulub) məsuliyyətdən yaxa qurtarmağa çalışmışdı. Məlum idi ki, Xaləddin İsgəndərovun istintaqdan kənar qalması böyük və əsas nazirliklərdən birinə başçılıq edən qohumunun xahişlərinə söykənirdi. Həmin vaxt binadakı yanğının külünə binanın üzlənməsi işini həyata keçirmiş “Global Stone” şirkətinin təsisçisi Miryusif Mahmudovu “bulaşdırdılar”. M.Mahmudov məhkəmədə bildirmişdi ki, binanın üzlənməsi təklifi Xaləddin İsgəndərovdan gəlib, ortaya icra başçısının imzası ilə sənəd də çıxarıldı.

Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun bəzi dövlət qurumlarına meydan oxuması, rayonu “xərac yığan” dəstələri ilə (qardaşı uşaqları) idarə eləməsi haqda mətbuatda çoxsaylı məlumatlar gedib. Bu barədə ölkə mediası X.İsgəndərovun - özünü toxunulmaz sayan icra başçısının nədən belə davranmasına zaman-zaman aydınlıq gətirib.

Barəsində silsilə şikayətlərin, rayonda yanan binadakı faciələr, Beynəlxalq Avtovağzalın ətrafındakı sürüşmə və digər hadisələr X.İsgəndərovu yenə də durdurmurdu.

X.İsgəndərovun icra hakimiyyəti kimi üç-dörd illik fəaliyyətlərini azacıq da olsa araşdırsaq, onda yəqin ki, bu şəxsin lüzumsuz lovğalıqlarını və hakimiyyətlərini həddindən artıq nümayiş etdirmələrini, özünü ətrafındakı insanlardan yüksəkdə görmələrini və ən əsası rəhbərliyi altında çalışan insanlara qarşı həddindən artıq kobud davranmalarını və hər fürsətdə onları aşağılamalarını müşahidə edə bilərik.

Mətbuatda X.İsgəndərovun xərac yığması haqqında yazılar dərc olunur. Bu yazılarda iddia olunurdu ki, Binəqədi rayonunun icra başçısı özündən qabaqkı icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verir. Və artıq neçə vaxtdır həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaradır. Torpaqlar öz sahiblərinə yenidən satılır, bununla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanır. Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir.

Mətbuatda yer alan məlumatlara əsasən bir çox vətəndaşların tikililəri məhkəmə qərarı olmadan dağıdılaraq onlara külli miqdarda ziyan vurulub. Bütün bunlar narazı vətəndaş kütləsinin yaranmasına və böyüməsinə şərait yaradır.
Məlumatlarda göstərilir ki, hazırda Xaləddin İsgəndərovun rayonda yaratdığı vəziyyət qarşısı çətin alına biləcək sosial partlayışa səbəb ola bilər. Belə ki, rayonda narazı vətəndaşların sayı günbəgün artır. Bu isə olduqca təhlükəli tendensiyadır. Bildirilir ki, icra başçısının özünün birbaşa rəhbərlik etdtiyi mütəşşəkil dəstəninin sakinlərdən reket yolu ilə pul toplaması haqqında istər yuxarı dairələrə, istərsə də mətbuata edilən şikayətlərin ardı arası kəsilmir.

Xatırladaq ki, prezident İlham Əliyev çıxışlarında icra başçılarına, dövlət məmurlarına vətəndaşlara xidmət etmələri, problemlərini çözmələri, onları incitməmələri barədə tapşırıq verməsi haqqında fikirlər səsləndirir. Ancaq bəzi məmurlar ölkə başçısının bu tapşırıqlarını qulaqardına vururlar. Aparılan müşahidələr onu göstərir ki, bu tip məmurların axırı heç də yaxşı sonluqla bitmir. Sabiq vergilər naziri Fazil Məmmədovun yaxın qohumu olan Xaləddin İsgəndərov da həmin məmurlar sırasındadır.

Bu dəqiqələrdə bəzi KİV-lərdə Xaləddin İsgəndərovun vəzifədən çıxarılacağı, artıq X.İsgəndərovun işə çıxmadığı barədə qeyri-səhih məlumatlar da yayılıb.

Xəbər 1825 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +