İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.12.2017  09:46 

12 yaşlı məktəblini intihara başqası məcbur edib?





A+  A-

“Mama siz bunları oxuyanda mən sevimli peyğəmbərimizin yanında olacam. Haqqınızı halal edin. Atama de ki, məni bağışlasın. Bacı, oğlun olsa adını İsmayıl qoyarsan...” sözlərindən ibarət məktub yazaraq, özünü yaşadığı evin həyətindəki tövlədən asan Ağdaşd rayon sakini, 2005-ci il təvəllüdlü İsmayıl Çingiz oğlu Adıgözəlovun intiharı ölkədə böyük rezonans doğurub. Hər kəsi azyaşlının heç bir problemi olmadığı, həm də bacısının toyuna sayılı günlər qalan bir vaxtda intihar etməsinin səbəbi maraqlandırır.
XəzərNews.az bildirir ki, Modern.az hadisəylə bağlı İsmayıl Adıgözəlovun yaxın qohumu İlqar Zeynallı ilə əlaqə saxlayıb.
İ.Zeynallı məktubun İsmayıl tərəfindən yazıldığını bildirib:
“Həmin gün yuxudan durub həmişəki kimi yemək istəyib. İstədiyini bişirib veriblər. Sonra anasına karalyok doğramasını xahiş edib. Yeyib-içib hər kəs öz işi ilə məşğul olub. Təxminən səhər 11 radələrində tövləyə gedərək özünü asıb. Həmin vaxt ailə üzvləri evdə olublar. Anasıgil onu tapandan artıq keçinmişdi”.

Müsahibimiz ailədə hər hansı narazılıq, problem olmadığını vurğulayıb:
“Sosial şəbəkələrdə hərə özündən bir şey yazır. Hətta məktubun məzmunu təhrif edənlər də var. Guya İsmayıl bacısına “qızın olsa, adını Zəhra qoy” deyib. Amma belə şey yoxdur. Məktub yazıb qoyub həqiqətən. Orada hamıdan halallıq istəyib, bacısına “oğlun olsa, adını İsmayıl qoy” deyib. Deyirlər guya, bacısının cehizinə görə atası fikir edib, İsmayıl da ona görə özünü öldürüb, bu da yalandır. Bilirsiniz, İsmayıl 20-30 yaşında deyil ki, deyək kiməsə sataşıb, nəsə səhv iş görüb, yaxud borcu olub deyə intihara əl atıb. Evdə də qətiyyən belə problemlər olmayıb. Normal, sakit, ailədir. Özü də, atası, anası, bacıları da namaz qılandırlar”.

O, İsmayılın bacısının dekabrın 17-nə planlaşdırılan toya qarşı olmadığını bildirib:
“Qətiyyən belə şey yox idi. Deyək ki, toyun baş tutmaması üçün İsmayıl bunu edib, yox. Hansı səbəbdirsə, bunu yalnız özü bilib, özü hiss edib, özü ilə də apardı. Hüquq-mühafizə orqanlarının əməkdaşları gəldi, baxış keçirdilər, məktubu da götürüb getdilər”.

İsmayılın başqası tərəfindən intihara sövq edilməsinə gəlincə, İ.Zeynallı belə ehtimalı istisna etməyib:
“Bəlkə də. Amma belə bir şey varsa belə, bu, ailədən biri deyil. Çünki ailə elə bir ailədir ki, heç vaxt belə şey ola bilməz. Ola bilər kimsə kənar şəxsdir, bilmirik. Biz də hamı kimi araşdırmaların nəticələrini gözləyirik”.
Qeyd edək ki, Ağdaşda rayon sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu dekabrın 3-də yaşadığı evin həyətindəki tövlədən özünü asaraq intihar edib.

Xəbər 1206 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +