Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.12.2017  12:08 

Rusiya silahı yenə qorxu yaratdı





A+  A-

ABŞ anti-torpedo strategiyasını inkişaf etdirmək üçün trilyonlarla dollar xərcləyir, lakin Rusiya da analoji addımlar atır və bu daha təhlükəlidir.
Belə ki, Rusiyanın “Status-6” sualtı atom gəmisi Qərbin hərbi-siyasi mövzu ilə bağlı ixtisaslaşmış nəşrlərinin gündəmindədir.

XəzərNews.az-ın məlumatına görə, Amerikanın nüfuzlu “The National İnterest” nəşri yazıb ki, bu həm də qitələrarası ballistik raketdir.

BBC-nin xəbərinə görə, “Status-6” torpedosu, geniş radioaktiv çirklənmə yaratmaq üçün nəzərdə tutulub.

Bu sualtı silah, düşmən sahillərində mühüm iqtisadi qurğuları məhv edə və geniş ərazilərdə radioaktiv çirklənmə yaratmaqla ölkələrin ərazisinə ciddi ziyan vura bilər.

Ekspertlər belə hesab edir ki, “Status-6” ABŞ-ın nüvə hücumundan çəkindirir.

Bəs “Status-6”-nın hədəfi tam olaraq nədir?

Silah dəniz sahilindəki iqtisadi zonalarda təsvir edilib. Bunun radioaktiv ölü zonalar yaratmaq qabiliyyəti olduğu da ehtimal olunur. Nüvənin partlaması iqtisadi mərkəz hesab edilən liman şəhərlərini məhv etmək üçün kifayətdir.

Lakin sıx və uzunmüddətli radioaktivlik dənizdə neft yataqları və balıqçılıq kimi təbii sərvətlər üçün daha dağıdıcı olacaq.

Xəbər 3052 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +