Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.12.2017  17:23 

Biləsuvarda keçmiş kürəkən qayınatasını niyə öldürüb? - Təfərrüat





A+  A-

Ötən gün Biləsuvar rayonunun Təzəkənd kəndində 68 yaşlı Əlican Ağayevin öz evində keçmiş yeznəsi, Salyan şəhəri, “Babazanlı” yaşayış massivinin 34 yaşlı sakini Ramil Nofəl oğlu Məmmədov tərəfindən qətlə yetirilməsinin təfərrüatları məlum olub.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, qətlə yetirilənin qızı ilə Ramil 3 il əvvəl rəsmi qaydada boşanıblar və məhkəmə 2 uşağa görə Ramilin üzərinə 200 manat aliment ödəmək öhdəliyi qoyub.

Ailəsindən ayrıldıqdan sonra Rusiyaya işləməyə gedən Ramil alimenti hər ay vaxtlı-vaxtında ödəyir, üstəlik keçmiş ailəsinə dolanışıq üçün əlavə pul da yollayırmış. Amma bu yaxınlarda Rusiyadan geri dönən R.Məmmədov keçmiş həyat yoldaşının yenidən ailə qurduğunu eşidərək baş verənləri aydınlaşdırmaq üçün onların evlərinə yollanıb. Bu zaman keçmiş qayınatası ilə onun arasında münaqişə yaranıb və R.Məmmədov Əlican Ağayevə 4 bıçaq zərbəsi vurub. Nəticədə Ə.Ağayev hadisə yerində ölüb.

Hadisədən sonra R.Məmmədov könüllü olaraq Biləsuvar RPŞ-yə gəlib və istintaqa təslim olub.

Xəbər 3028 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +