Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


30.11.2017  09:07 

“Feysbukun Azərbaycanda ofisi açılmalıdır” - Təklif





A+  A-

"İnternetdə uşaq və yeniyetmələrin təhlükəli informasiyalardan qorunması ciddi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, müvafiq icra hakimiyyəti orqanlarının bu tip məsələlərə, yəni internet resurslarında uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlərə daha ciddi diqqət yetirməsi doğru olar".
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O.Gündüz bildirib ki, hazırda uşaqların və yeniyetmələrin psixologiyasına mənfi təsir edən xeyli internet informasiya resursları var: "Bununla bağlı monitorinqlərin aparılması və bu monitorinqlərin nəticələrinin açıqlanması düzgün olardı. İnternet provayderlərə uşaq və yeniyetmələrə ziyanlı məlumatlarla bağlı xəbərdarlıq edilməlidir və bu saytların bağlanması üçün məhkəməyə, aidiyyatı qurumlara müraciət olunmalıdır".

O.Gündüz həmçinin sosial şəbəkələrdə uşaq və yeniyetmələrlə bağlı baş verən mənfi hallara da münasibət bildirib.

O qeyd edib ki, bu şəbəkələr xarici informasiya resurslarıdır: "Təbii ki, orada fərdi bloklama məsələləri problem yaratdığından daha çox maarifləndirmə işlərinə üstünlük verilməlidir. Bu istiqamətdə komlpeks işlər aparılmalıdır. Yəni valideynlər, məktəb, ictimaiyyət, medianın üzərinə burada ciddi iş düşür. Hökumət özü də bu cür qlobal resursların sahibləri ilə əməkdaşlıq etməlidir, çünki burada müəyyən addımların atılması zəruridir. Onların Azərbaycanda ofisləri açılmalıdır, serverləri bura gətirilməlidir, yəni əməkdaşlıq, maarifləndirmə daha düzgün istiqamətdir".

Azyaşlıların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması məsələsinə gəlincə, O.Gündüz qeyd edib ki, bir sıra sosial şəbəkələr girişə yaş məhdudiyyəti qoysa da, bunu tənzimləmək mümkün deyil: "Məsələn, "Facebook" 13 yaşdan aşağı uşaqların şəbəkəyə girişinə icazə vermir, lakin istifadəçi yaşını artıq göstərərək daxil olur. Buna sosial şəbəkələr nəzarət edə bilmirlər. Ona görə də bu istiqamətdə valideyn, məktəb, cəmiyyət maarifləndirmə işləri aparmalıdır".

Xəbər 870 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +