Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.11.2017  10:32 

Ömürlük məhbusların azadlığa gedən yolu açılır





A+  A-

Əliməmməd Nuiyev: “Cinayət Məcəlləsinə dəyişikliklər onlar üçün də yeni şanslar yaradıb”
Azərbaycanda ömürlük məhbusların şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət qaydası müəyyənləşib. Bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir. Məcəllənin hazırda qüvvədə olan 513-cü (Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə) maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.

Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 ay keçdikdən sonra yol verilir.

Maddəyə edilən əlavəyə görə isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verilir.

2016-cı ildə Azərbaycanda 10 nəfər ömürlük azadlıqdan məhrum edilib. 2015-ci ildə bu rəqəm 4, 2014-cü ildə 13, 2013-cü ildə isə 15 nəfər olub. Ümumilikdə isə 2016-cı ildə ömürlük məhbusların sayı 128 nəfər göstərilib.

Onu da qeyd edək ki, Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Gürcüstanda bu göstərici 228, Ermənistanda isə 132-dir. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına görə ölkəmiz Avropada 4-cü yeri tutur.

Ömürlük məhbusların arasında keçmiş OMON-çular da var ki, onların da əfv sərəncamları ilə azadlığa çıxmasının gözlənilməsinə rəğmən, hələ ki bu istiqamətdə yenilik yoxdur. Onlardan Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovu qeyd edə bilərik. OMON-çularla bağlı Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edilib.

XəzərNews.az-ın məlumatına görə, “Yeni Müsavat”a danışan hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, ömürlük məhbuslar cəzalarının son 5 ilində özlərini nümunəvi aparırlarsa və daxili rejim qaydalarına əməl edirlərsə, o zaman onlar məhkəməyə müraciət edib, vaxtından əvvəl şərti azad etmə ilə bağlı məsələ qaldıra bilərlər: “İlk olaraq onu qeyd edim ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilərlər. Ancaq Avropa Məhkəməsinin də çoxsaylı tələbləri var. Tələblərə uyğun olaraq müraciət edilirsə, o zaman işə baxıla bilər. Tələblərə müvafiq deyilsə, həmin müraciətlərə baxılmayacaq. İkincisi də Avropa Şurası bütövlükdə Azərbaycana bu istiqamətdə hansısa göstəriş verə bilməz. Bununla bağlı qərar qəbul etməsi, sadəcə, nonsens olar. Çünki Azərbaycan Avropa Şurasının üzvüdür və şuranın nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir.

Avropa Şurasının əsas tələblərindən biri ölüm cəzasının ləğvi məsələsidir. Azərbaycanda da 1998-ci ildə bu cəza ləğv edilib. Bu gün Avropa Şurasına daxil olan ölkələr üçün yeganə tələb ondan ibarətdir ki, ölüm cəzası ləğv edilməlidir. İndi də ömürlük cəzanı hansısa cəza ilə əvəzləmək məsələsi daha çox məhkəmələrin səlahiyyətinə, Azərbaycanın hüququna aid olan məsələdir. Azərbaycanda Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Bu, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin vaxtından əvvəl şərti azad edilməsi ilə bağlıdır. Bütün bunlar onların vəziyyətini xeyli yüngülləşdirə bilər. Əgər cəzalarının son 5 ilində özlərini nümunəvi aparırlarsa və daxili rejim qaydalarına əməl edirlərsə, o zaman onlar məhkəməyə müraciət edib, vaxtından əvvəl şərti azad etmə ilə bağlı məsələ qaldıra bilərlər. Yaxud da cəzanı müəyyən müddətdə azadlıqdan məhrumetmə ilə əvəzləyə bilərlər. Eyni zamanda onların əfvlə bağlı da müraciət etmək hüququ var. Bu hüquqdan da istifadə edirlər və bir çoxları da azad olunublar. Yaxud da onların cəzaları müddətli cəza ilə əvəzlənib”.

Ə. Nuriyev bildirib ki, bu baxımdan söyləmək olar ki, Azərbaycanda daha da humanistləşmə istiqamətində addımlar atılıb: “Bu proseslər öz əksini Azərbaycan qanunverciliyində tapır. Avropa Məhkəməsinə müraciət olunarsa, buna baxıb, qərarlar verə bilərlər. Bilirəm ki, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərdən bəziləri Avropa Məhkəməsinə müraciət etmişdi və onlara məhkəmə rədd cavabı verdi. Ömürlük məhbusların bəziləri Azərbaycanda imzalanan əfv sərəncamları ilə azadlığa çıxıb. Son əfv sərəncamında iki nəfər ömürlük məhbusun da cəzası yüngülləşdi. Bundan əvvəl də Rəhim Qazıyevə, Surət Hüseynova, Ələkrəm Hümmətova münasibətdə ömürlük azadlıqdan məhrumetmə cəzasının əfvlə dəyişdirilməsinin şahidi olmuşuq. OMON-çulara gəlincə isə onlar da əfvlə bağlı müraciət edə bilərlər. Əfv isə cənab prezidentin səlahiyyətinə aid olan məsələdir. Nəticədə söyləmək olar ki, Cinayət Məcəlləsinə edilən dəyişikliklər ömürlük məhbuslar üçün də yeni imkanlar və şanslar yaratdı”.

Xəbər 780 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +