“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


27.11.2017  15:11 

“Ömürlüklər”in azad edilməsi üçün məhkəməyə müraciət qaydası bəlli oldu





A+  A-

Azərbaycanda ömürlük məhbusların şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət qaydası müəyyənləşib.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilir.
Hazırki qüvvədə olan 513-cü maddəyə görə (Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə) cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.

Məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 ay keçdikdən sonra yol verilir.

Dəyişikliyə görə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs barəsində eyni məzmunlu ərizənin məhkəmə tərəfindən rədd olunması hallarında isə təkrar ərizə belə qərarın çıxarıldığı gündən azı 1 il keçdikdə verilir.


Xəbər 1364 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +