“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.11.2017  11:56 

Azərbaycan Qafqazda lider olacaq





A+  A-

Azərbaycan növbəti yüz il ərzində demoqrafik göstəricilərə görə Cənubi Qafqazda lider mövqeyini qoruyacaq.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan demoqrafik inkişaf baxımından Cənub Qafqazda ən dinamik ölkədir və ölkə əhalisi Gürcüstandan iki dəfə, Ermənistandan isə 3 dəfə çoxdur.

F.Babayev vurğulayıb ki, proqnozlara əsasən yaxın 30 il ərzində Azərbaycan əhalisi hər onillik üçün 500 mindən çox artacaq. 21-ci əsr ərzində

Azərbaycan əhalisi 3 milyondan çox artacaq, bu artımın 70 faizi isə əsrin birinci yarısının payına düşəcək.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin artımı əsasən təbii artım hesabına təmin olunur.

F.Babayev əhali sayının artmasına xarici miqrasiyanın təsirini kifayət qədər mühüm hesab etmədyini deyib.

Onun fikrincə, son onilliklərdə Azərbaycan əmək qabiliyyətli əhalinin sayı sürətlə artır. BMT-nin orta müddətli proqnozlarına əsasən, bu cür artım sayəsində 2018-ci ilədək 20-59 yaş arası qadınların və 20-63 yaş arası kişilərin sayı 6 milyon nəfərə çatacaq.

F.Babayevin sözlərinə görə, 21-ci əsrin birinci yarısında Azərbaycanda 18-20 yaş arasında əhali kateqoriyasının əmək bazarına çıxması ilə işçi qüvvəsi artımı müşahidə olunacaq.

Xəbər 1050 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +