Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


25.11.2017  11:45 

Telman İsmayılovun QİSASI - Kərimovu o ələ verib





A+  A-

Bu günlərdə Fransanın Nitse şəhərində həbs olunan və daha sonra 5 milyon dollar girov qarşılığında polis nəzarətinə buraxılan rusiyalı oliqarx-milyarder, Dağıstandan olan senator Süleyman Kərimovu fransız xüsusi xidmət orqanlarına azərbaycanlı müflis oliqarx Telman İsmayılov sata bilər.
XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, belə ehtimal hazırda Rusiya mətbuatında müzakirə olunur.

Məsələ burasındadır ki, sifarişli qətllərdə və bir sıra digər ağır cinayətlərdə itiham olunaraq barəsində beynəlxalq axtarış qərarı çıxarılmış Telmn İsmayılovun hazırda Fransada olduğu bildirilir.

Rusiya mətbuatında yayılan xəbərlərə görə o, Provans əyalətinin Antib kommunasında “gözdən itib”. Habelə T.İsmayılov Fransadan siyasi sığınacaq istəyərək əlində Rusiya hakim elitasına, güc strukturlarına qarşı ciddi kompromatların olduğunu, siyasi mühacir statusunun əvəzində bu kompromatları təqdim edəcəyini çatdırıb.

T.İsmayılovun vəkili onun Fransadan siyasi sığınacaq istədiyini təkzib edib. Lakin T.İsmayılovun xasiyyətinə bələd olanlar deyirlər ki, o belə addım ata bilər və Rusiya hakimiyyətinə qarşı qisas planı olmamış deyil. Çünki T.İsmayılovun əlindəki kompromatlar Avropa İttifaqı və ABŞ hüquq-mühafizə orqanları üçün olduqca qiymətli ola bilər. Xüsusən də ABŞ Konqresinin Rusiyaya qarşı bu ilin yayında qəbul etdiyi və gələn ilin fevralından qüvvəyə minəcək misli görünməmiş sanksiyalar nəzərə alınmaqla. Həmin paketdə Kremlə yaxın oliqarxlara fərdi sanksiyalar da nəzərdə tutulur.

Maraqlıdır ki, T.İsmayılovun Fransada gizləndiyi haqda xəbərlərin yayılmasından az sonra onun çoxdankı tanışı Süleyman Kərimov Nitse aeroportunda şəxsi təyyarəsinin trapından enən kimi saxlanılıb. Xəbər verildiyi kimi Kərimov Lacivərdi sahillərdə, o cümlədən Antib kommunasında vasitəçilərin və offşor şirkətlərin adına bir neçə malikanə alarkən on milyonlarla dollar vergidən yayınmaqda şübhəli bilinir.

Fransa məhkəməsinin Süleyman Kərimovun girov qarşılığında buraxılması haqda qərarına əsasən o, həmin ölkəni tərk edə bilməz. Həftədə bir neçə dəfə polis bölməsində qeydiyyatdan keçməlidir və “bir sıra şəxslərlə” təmaslara girməməlidir. Bunlar hansı şəxslərdir, Nitsa prokuroru açıqlamayıb. Və Kərimovun həbsi ətrafında intriqalar daha da dərinləşib.



T.İsmayılovla S.Kərimovun maraqları sonuncu dəfə Mahaçqala imanının özəlləşdiirlməsi məsələsində toqquşub. Rusiya hökuməti bir neçə il dağıstanlı klanların nəzarətində olan əvvəl bu limanı özəlləşdirməyə cəhd edib. Aktivə Süleyman Kərimovun “Nafta-moskva” şirkəti, Ziyauddin Maqomedovun “Summa” qrupu və Türkiyənin “Yilport Holding” şirkəti iddia edib. Sonuncu şirkətin Telman İsmayılova bağlı olduğu bildirilirdi. Bəzi məlumatlara görə Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov limanın Kərimova satılmasını istəyib, digər məlumata görə isə Telman İsmayılovun tərəfini tutub. Abdulatipovun Dağıstan rəhbəri əzifəsindən uzaqlaşdırılmasından sonra limanın özəlləşdirilməsi də təxirə düşüb.

İndi ehtimal edilir ki, S.Kərimovun Fransada həbs edilməsində T.İsmayılovun hansısa rolu ola bilər. Lakin hələlik bu versiyanı təsdiqləyəcək hansısa məlumat, dəlil yoxdur. Bununla belə Rusiyada hakimiyyət və ona yaxın oliqarxlar bərk narahatdır. Birincisi, S.Kərimovun həbsi digər rusiyalı oliqarxların da Avropaya yolunu faktiki olaraq bağlayır.

Onların Avropadakı aktivləri, hansı ki, bunlar əsasən offşorlarda qeydiyyatdan keçib, təhlükə altındadır və özləri də Avropa paytaxtlarına ayaq basanda qollarının qandallanmayacağına təminatları yoxdur.
Vəziyyət ABŞ-ın sanksiyalarının gələn ilin fevralından qüvvəyə minməsi ilə oliqarxlar üçün daha da dözülməz xarakter ala bilər.

Xəbər 2081 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +