Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


24.11.2017  10:26 

“Ermənistan dünyada yeganə mono-etnik dövlətdir“





A+  A-

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Portqaliyanın “Diario de noticias Mundo” adlı portalında “Ermənistan dünyada yeganə mono-etnik dövlətdir” adlı müsahibəsi dərc olunub.
Müsahibənin tam mətni: https://www.dn.pt/mundo/interior/hikmat-hajiyev-a-armenia-e-o-unico-pais-mono-etnico-no-mundo-8924932.html

XəzərNews.az
-ın məlumatına görə, müsahibədə XİN rəsmisi deyib: “Ermənistan gücdən istifadə edərək işğal etdiyi Azərbaycan ərazilərində etnik təmizləmə aparıb və təxminən bir milyondan artıq azərbaycanlı yurdundan didərgin salınıb”.

H.Hacıyev bildirib ki, Azərbaycan ərazilərinin işğalı və Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğuna görə gündəlik əsasda atəşkəs pozulur və insan tələfatına səbəb olunur. Ona görə də ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır.

“Əgər Dağlıq Qarabağ da danışıqlar masasına otursa, bu problemin həlli daha asan olmazmı” sualına isə Hikmət Hacıyev ilk növbədə işğal faktına son qoyulmalı olduğunu və Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalı olduğunun mütləqliyini deyib. O bildirib ki, ən əvvəl Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Hansı ölkə razılaşar ki, onun ərazisi güc yolu ilə digər dövlət tərəfindən işğal olunsun? BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz və tam şəkildə Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Azərbaycanın Dağlıq Qarabağın erməni icması ilə dialoq problemi yoxdur, amma bunun baş verməsi üçün işğala son qoyulmalı, məcbur köçkünlər, o cümlədən Dağlıq Qarabağın Azərbaycan icmasının da öz torpaqlarına qayıtması təmin olunmalıdır deyə XİN rəsmisi bildirib.

“Ehtimal varmı ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın?” sualına isə qəti və birmənalı olaraq “yox” cavabı verilib.

“Beynəlxalq hüquqa əsasən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan da anlamalıdır ki, bu feodal qaydalar 21-ci əsrdə yolverilməzdir.
Ermənistan digər ölkənin ərazini işğal edib, Azərbaycan əhalisinə qarşı qəsb edilmiş ərazilərdə etnik təmizləmə aparıb, mülki əmlakı dağıdıb və ondan sonra bunun nəticələrini öz müqəddəratını təyin etmə kimi təqdim edir? Əgər Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk edərsə, Azərbaycan Dağlıq Qarabağa öz sərhədləri daxilində yüksək muxtariyyət statusuna baxa bilər”.

Müsahibədə bu sual da verilib: “Ermənistanda belə bir fikir formalaşıb ki, Azərbaycan tərəfin nifrəti çox böyükdür. Siz bunu necə şərh edərdiniz?”

Hikmət Hacıyev: “Məsləhət görərdim ki, Ermənistanda yalnız orta məktəb dərsliklərinə baxasınız. Siz orada ksenofobiya və nifrətin ən ifrat təzahürlərini görəcəksiz. Ermənistan dünyada yeganə monoetnik dövlətdir, çünki burada etnik təmizləmələr mütəmadi aparılıb. Elə 300 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İki il əvvəl Ermənistan prezidenti Serj Sarkisyan demişdi ki, ermənilər və azərbaycanlılar etnik baxımdan uyğunsuzdurlar. Bu artıq irqi ayrı-seçkilik xarakterli bəyanatdır.

Jurnalistin Azərbaycanın Dağlıq Qarabağı hərb yolu ilə geri qaytarmaq ehtimalı ilə bağlı sualına da Azərbaycanın XİN sözçüsü münaqişənin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini bildirib. Bununla bərabər o əlavə edib ki, bütün dünya dövlətləri kimi Azərbaycanın da özünü müdafiə etmək hüququ var.

Xəbər 1023 dəfə oxunub.



28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +