200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.11.2017  09:38 

Tağı Əhmədov icra başçısı olacaq?





A+  A-

Bakı Metropoliteininin keçmiş sədri Tağı Əhmədov icra başçısı olmaq istəyir.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, T.Əhmədov metropoliten rəisi postundan çıxarılandan sonra vəzifə almaq üçün çox çaba göstərmişdi. Amma o, YAP-ın Yasamal təşkilatının sədri olmaqla kifayətlənib.

“Son vaxtlar isə onun Yasamalın icra başçısı olmaq üçün müxtəlif ünvanlara baş vurması haqda xəbərlər də gəlir” yazan qəzet qeyd edir ki, inandırıcı deyil ki, Əhmədov həmin postu tuta bilsin: “Görünən odur ki, daha Tağı Əhmədova inanmırlar, onu heç yaxına belə buraxmaq istəmirlər. Bu günlərdə hakim partiyanın 25 illik yubileyi keçirildi, bir çoxları orden-medallarla təltif olundu. Hətta mükafatlandırılanlar sırasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da var. Tağı Əhmədov isə heç bir mükafata layiq görülmədi. İddia edilir ki, o, de-fakto YAP-ın “qara siyahı”sındadır. YAP-ın rayon təşkilatında saxlanılması isə sadəcə özünün nəzarət altında olması, müxalif mövqeyə keçməməsi ilə əlaqələndirilir”.

Xəbər 2126 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +