Prosineçki Azərbaycan yığmasına qayıda bilər
Mövqelərimiz atəşə tutuldu
Asılılıq yaradan məhsullar açıqlandı
Karateçilərimiz İtaliyada 4-cü medalını qazandı
“Qəbələ” doğma meydanda “Sabah”ı məğlub etdi
Rafael Dadaşov evə buraxıldı
Masallıda zəlzələ oldu
Bakıda 12 minlik saat oğurlandı
Filippində 6,8 bal gücündə zəlzələ oldu
Mingəçevirdə qardaş qardaşı bıçaqladı


22.11.2017  15:26 

Azərbaycanlı həkim Nobel medalı aldı - FOTO





A+  A-

Yüksək mükafat qazanan Azərbaycan alimlərinin sırası genişlənir.
XəzərNews.az xəbər verir ki, hərtərəfli biliyi və peşə təəssübkeşliyi ilə bir çox sahələri fəth edən alimlərimizdən biri də həmyerlimiz, həkim-cərrah Ceyhun Babayevdir.
Belə ki, elm və ixtiraların inkişafına verdiyi töhfələr nəzərə alınaraq, o, Rusiya Akademiyasının Mükafatlar Komissiyası tərəfindən Nobel medalına və Akademiyanın professoru adına layiq görülüb.
Qeyd edək ki, Rusiya Akademiyasının Rəyasət Heyəti qərarına əsasən, həmyerlimizə Nobel medalının təltif edilməsi mərasimi Moskva şəhərində keçirilib.
Xatırladaq ki, Ceyhun Alim oğlu Babayev 1983-cü ildə doğulub. 2002-ci ildən Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində yaşayıb.
2002-2008-ci illərdə İjevsk Tibb Akademiyasının müalicə-işi fakültəsini bitirərək, 2009-2011-ci illərdə ümumi cərrahiyyə üzrə internatura və ordinatura bölmələrini müvəffəqiyyətlə başa vuraraq, həkim-cərrah peşəsinə yiyələnib.
2012-2016-cı illərdə ümumi cərrahiyyə kafedrasının aspirantı olub. 2012-2017-ci illərdə həkim-cərrahı, mədəaltı vəzinin irinli iltihabı zamanı müalicə taktikası adlı dissertasiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilərək, 2014-cü il patent hüququ alıb.
27 mart 2017-ci ildən etibarən tibb elmləri namizədi adını qazanıb, onlarla metodik tövsiyələr, məqalələr və tezislərin müəllifidir.
Bundan başqa, 2008-2011-ci illərdə Rusiyadakı Azərbaycanlı Gənclər Birliyinin (Odlar yurdu və Leyla xanım Əliyevanın sədrlik etdiyi AMOR) Udmurtiya bölməsinin sədri olub.
2008-ci ildə “IV Rus millətlər festivalı”nın laureatı adını qazanıb.
2011-ci ildən Ümumrusiya Azərbaycanlıları Konqresinin Udmurtiya regional bölməsinin icraçı direktorudur.
2013-cü ildən Rusiya endoskop Cərrahlar Cəmiyyətinin həqiqi üzvüdür.
2010-2014-cü ildə Udmurtiya dövlət universitetinin beynəlxalq hüquq fakültəsini bitirərək, “hüquqşünas” ixtisasına yiyələnib və hazırda Udmurtiya Respublikasının Sarapul rayon Deputatlar Şurasının deputat köməkçisidir.
Hazırda Bakı şəhərində yaşayır.



Xəbər 779 dəfə oxunub.



16.12.2019  09:36 

Bakıda evdən meyit tapıldı

16.12.2019  09:27 

Mövqelərimiz atəşə tutuldu

15.12.2019  18:32 

Rafael Dadaşov evə buraxıldı

15.12.2019  16:23 

Masallıda zəlzələ oldu

15.12.2019  14:05 

Bakıda 12 minlik saat oğurlandı

15.12.2019  10:43 

Düşmən yenə atəşkəsi pozdu

15.12.2019  09:56 

“Barselona” xal itirdi

14.12.2019  21:07 

Yanğında xəsarət alan olmayıb

14.12.2019  19:41 

Hədələyib 50 min manatını aldı

14.12.2019  16:48 

Cüdoçumuzdan gümüş medal


BÜTÜN XƏBƏRLƏR +