Qubada dağlıq ərazidə yanğın başlayıb
Xəzərdə zəlzələ
Ərdoğan Rusiyaya səfər edəcək
Evdən 14 min pul oğurladı
Suraxanıda 50 şam ağacı yandı
Yol Polisindən sürücülərə müraciət
Kaliforniyada qatar relsdən çıxdı, xeyli yaralı var
Kürdəxanıdakı qəzada sürücü öldü
Südçülük Sovxozunda bıçaqlanma
Fransa Azərbaycana yeni səfir təyin etdi


22.11.2017  14:32 

Kamal Abdullanı gənc rektor əvəzləyəcək





A+  A-

Ali təhsil müəssisələrində bir çox maraqlı layihələrin keçirildiyini bilirik. Bunlardan biri də Azərbaycan Dillər Universitetində keçirilən “ Xəlifə” günü layihəsidir. Mən də bir neçə il əvvəl bu layihədə iştirak etmişəm. Bəlkə də heç bu maraqlı tədbir haqqında eşitməyənlər var.
Ona görə qərar verdik ki, bu tədbirin ilk seçim turunda müşahidəçi kimi iştirak edək. ADU-nun mətbuat katibi Ağa Cəfərli bizi çox xoş qarşıladı. Bu layihənin tələbələrin özünün inkişafında çox böyük təsiri olduğunu qeyd edən ADU rəsmisi layihə haqqında XəzərNews.az-a məlumat verdi:

“Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək. “Bir günlük xəlifə” layihəsi ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin ilk böyük layihəsidir.

“Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olacaq. Seçilən şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəyə namizədliklərini verə bilərlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.

Ağa Cəfərli qeyd etdi ki,artıq “Bir günlük xəlifə” layihəsinin mərkəz müdirləri çıxışlarını etməyə hazırdırlar. Ötən həftələrdə layihə ilə bağlı seminarlar da təşkil olunub. Seminarlarda “Bir günlük xəlifə” layihəsinin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq qaydası və səsvermə forması barədə tələbələrə geniş məlumat verilib, “Bir günlük xəlifə” layihəsinin mahiyyəti izah olunub. Həmçinin “Bir günlük xəlifə” layihəsində universitetin rəhbər strukturlarının idarə edilməsi, həmin gün ərzində vəzifələri icra edəcək tələbələrin qərarlarının tam hüquqi qüvvəyə malik olması, vəzifələri tutacaq şəxslərin icra edəcəkləri vəzifənin bir günlük maaşını alacaqları da tələbələrin diqqətinə çatdırılıb.Bundan başqa, seminar iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb, universitetin hər bir tələbəsi, magistrant və doktorantların layihədə iştirak edə biləcəyi, vəzifələr tutacaq şəxslərin həmin universitetin “Kölgə kabineti”ni formalaşdıracağı və “Kölgə kabinetinin” fəaliyyəti barədə ümumi məlumat verilib:

“Bir günlük xəlifə layihəsi tələbələr arasında böyük marağa səbəb olub. Tələbələr 13 dekabr 2017-ci il tarixində keçiriləcək “Bir günlük xəlifə” gününü, eləcə də rəhbər strukturları kimlərin tutacağını səbirsizliklə gözləyirlər”.

Bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq xüsusiyyətlərinin inkişafında, peşə məsuliyyətlərini dərk etmələrində böyük rol oynayır. Bir günlük də olsa, tələbələr özlərinin idarəetmə bacarıqlarını nümayiş etdirmək imkanı qazanırlar.

Nəhayət vaxtdır,universitetin akt zalında mərkəz müdirlərinin seçimi başlanır.

Tədbirə tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynovun giriş sözləri ilə start verildi. O qeyd etdi ki, əsasını Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qoyduğu “Xəlifə günü” layihəsi təhsil ocağında ilk dəfədir keçirilir:

“Bu yeni layihə tələbələrin böyük marağına səbəb olub. Bu il 32vəzifə üzrə 247 tələbə öz namizədliyini irəli sürüb ki, olduqca böyük rəqəmdir. Elə bu da layihəyə olan maraqdan xəbər verir. Daha maraqlısı da odur ki, həmin tələbələrin 74-ü rektor vəzifəsinə namizədliyini irəli sürüb. Bir daha xatırladaq ki, “ Xəlifə günü” 13 dekabr tarixində həyata keçiriləcək. Səsvermənin şəffaf keçirilməsi üçün 4 fakultədən, hər fakultədən 20 nəfər olmaqla 80 seçici təyin edilib”.

Bundan sonra söz namizədlərə verildi. Öz platformalarını təqdim edən tələbələr arasında Vəliyeva Aysel, Quliyev Nihat, Qasımova Kübra, Tağıyev Rəşid, Babayev Şahverən, Hüseynzadə Böyükxanım, Əzizova Məhsəti, Əlizadə Şəfiqə, Əliyeva Vüsalə, Namazova Nərminə və Məmmədli Elsəvər qalib namizədlər oldular və “ Bir günlük xəlifə” layihəsində iştirak etmək hüququ qazandılar.

Tədbir bitdikdən sonra fürsətdən istifadə edib “ Bir günlük xəlifə” layihəsində mətbuat katibi vəzifəsinə namizəd Jurnalistika və Filologiya fakultəsinin üçüncü kurs tələbəsi Aysel Ağayevadan təəsüratlarını soruşdum. Aysel qeyd etdi ki, onun çıxışı sabah olacaq:

“Təbii olaraq həyəcanlıyam. Amma bu, mənim çıxışıma təsir etməyəcək. Yetərincə iddialıyam, çünki digər rəqiblərimdən fərqli olaraq ixtisasım üzrə vəzifəyə namizədlik vermişəm. Çıxışım hazırdır. Əminliklə deyə bilərəm ki, qəbul edəcəyim qərarlar kifayət qədər tələbələrin xeyrinə olacaq”.

Ümumi götürsək, tədbir gözləniləndən də daha maraqlı keçdi. Sərraf Hüseynov qeyd etdi ki, bu müsabiqənin sonu deyil, hələ seçimlər davam edəcək və rektor vəzifəsinə seçilən namizədi təyin etdikdən sonra yekunlaşacaq.
Biz də bütün namizədlərə uğurlar arzulayırıq.

Xəbər 645 dəfə oxunub.



24.08.2019  17:18 

Ronaldo bina satın aldı

24.08.2019  11:09 

Yenə atəşkəs pozuldu

24.08.2019  10:32 

Şəkidə 200 ha sahə yandı

24.08.2019  10:04 

Xəzərdə zəlzələ

24.08.2019  09:57 

Ərdoğan Rusiyaya səfər edəcək

23.08.2019  18:11 

Evdən 14 min pul oğurladı

23.08.2019  17:54 

Suraxanıda 50 şam ağacı yandı

23.08.2019  15:11 

Südçülük Sovxozunda bıçaqlanma

23.08.2019  13:11 

Sabah 40 dərəcə isti olacaq

23.08.2019  12:58 

“Mercedes” qaçırdı, tutuldu

23.08.2019  12:09 

Sürücülərin diqqətinə

23.08.2019  11:21 

İranda 13 alpinist itkin düşüb

23.08.2019  10:08 

İranda 2 deputat həbs olundu


BÜTÜN XƏBƏRLƏR +