AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


14.11.2017  14:21 

AST Telmanın adı Lənkəranskinin qətlində hallandı





A+  A-

İki nəfərin qətli ilə bağlı beynəlxalq axtarışa verilən iş adamı Telman İsmayılovla bağlı maraqlı faktlar ortaya çıxıb.
XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rus hüquq-mühafizə orqanlarından qaçaraq Türkiyəyə sığınan biznesmen bu dəfə də “qanuni oğru” Rövşən Lənkəranskinin qətl işi bağlı əsas fiqura çevrilib.

“Prestupnoy Rossii”nin yazdığı məlumata görə, 2016-cı ildə qətlə yetirilən Canıyevin cinayət işi hələ də açılmamış qalır. Baxmayaraq ki, 2017-ci ilin yanvarında Rəşad Gəncinski kriminal dairələrdə Lənkəranskinin onun sifarişi ilə öldürüldüyünü elan etmişdi. Qeyd edək ki, Rəşad Gəncinski isə öz növbəsində “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxildir.

Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Telman İsmayılov qardaşı vasitəsilə Lotu Quliyə ötən il Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu informasiyanın sayəsində Canıyev İstanbulda güllələnib.

Mənbə onu da qeyd edir ki, Nadir Səlifovun qardaşı müflis olan iş adamı T.İsmayılovun villasının fəxri qonaqlarından olub.

Təsadüfi deyil ki, Türkiyənin də onlar üçün təhlükəsiz yer olmadığını anlayan İsmayılov qardaşları sığınacaq üçün Fransaya üz tutublar.

Xəbər 1693 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +