Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


13.11.2017  11:28 

”Onlar üçün Bayraq Günü rəmzi məna daşıyır” - Elçin Mirzəbəyli





A+  A-

Bayraq Gününü qeyd elədiyimiz həftəni yola salıb yeni həftəyə də bayramdan notlarla başladıq. Müsahibim “Azadlıq” və “Azadlığa çağırış” marşlarının müəllifi Elçin Mirzəbəylidir.
Elçin Mirzəbəyli: “Bilirəm, Tanrını geyim və ibadət formasında axtaran zahidlər üçün bu sözlərim küfr kimi görünəcək, amma mən haqq bildiyimi yalnız Tanrıya güzəştə gedə bilərəm”

- Elçin Mirzəbəyliylə Bayraq Gününə sözardı desəm, nələri demək istərdiniz?

- Mənim üçün bu gün də bayraq günüdür. Sabah da belə olacaq... Qəlbində, ruhunda bayraq, Vətən sevgisi olanlar üçün Bayraq Günü rəmzi məna daşıyır. Bayraq Günü və bu günlə bağlı yaşananlar mənə həmçinin Azərbaycan bayrağı və istiqlalımızla bağlı dəyərləndirmələr aparmağa müəyyən imkanlar yaradır. Daha öncəki bayraq günlərindən fərqli olaraq bu dəfə əldə etdiyim təəssüratı sözlə ifadə etmək çox çətindir. Sizə bir neçə gün əvvəl “Kaspi” Liseyində keçirilən “Bayraq Vətəndir” adlı tədbirdən bəhs etmək istəyirəm. Orda yaşadıqlarım gələcəyimizlə bağlı ümidlərimi daha da artırdı. Təkcə dillərindən deyil, gözlərindən, baxışlarından bayraq, Vətən sevgisi süzülən uşaqları, yeniyetmələri görəndə qürurlandım, kövrəldim, ruhum təzələndi. Uşaqların müəllifi olduğum Azadlıq marşını ifa etmələri, həm də çox gözəl ifa etmələri məni istiqlal mücadiləsi apardığımız illərə qaytardı. Bu unudulmaz anlara və yaradıcılığıma verdiyi dəyərə görə Sona xanıma, “Kaspi” Liseyinin vətənsevər kollektivinə dərin minnətdarlığımı bildirirəm. O uşaqlar, yeniyetmələr, gənclər bayraq sevgisi ilə doğulublar, bayraq, Vətən sevgisi ilə tərbiyə olunurlar. Ona görə də gələcəyimizlə bağlı pessimist əhval-ruhiyyədə deyiləm. Bizdən daha vətənsevər, daha işıqlı bir nəsil yetişir. Onlara güvənmək, etimad göstərmək lazımdır. Uşaqları, yeniyetmələri, gəncləri sevmək Azərbaycanın gələcəyini sevmək deməkdir. Eqoist, müasir çağırışlara hazır olmayan, milli hədəflərdən və tarixdən qorxan, “bəlkə də qaytardılar” ümidi ilə yaşayan “sovet adamları”nın təsirindən qorumaq lazımdır, gələcəyimizi. Azərbaycan dövlətinin məhz bu yolda olduğunu, hədəflərinə doğru addım-addım irəlilədiyini görürəm. Amma təəssüf ki, öz qorxularına yenilən bəziləri milli hədəflərimizə doğru yürüşümüzü ləngitməyə çalışırlar. Belələri çox deyil, heç qabarıq nəzərə də çarpmırlar. Onları yalnız ölkə üçün taleyüklü məsələlərin həll olunduğu dönəmdə görmək olur. Üzə çıxırlar, yenilirlər və yenidən qınlarına çəkilib məqamlarını gözləyirlər. Belələrinə gözlədikləri məqamı vermək lazım deyil. Azərbaycanı bütöv sevən, ömrünü millətin, dövlətin işıqlı gələcəyi naminə şam kimi əridən insanları, milli hədəflərin daşıyıcısı olan əxlaq və düşüncə sahiblərini qorumaq lazımdır. Azərbaycanın istiqlalı, bayrağımızın hər zaman yüksəklərdə dalğalanması üçün fədakarlıq edən, prinsiplərindən geri çəkilməyən, Vətənə, Millətə, Dövlətə sədaqətli insanların qorunması həm də cəmiyyət üçün dəyərlər sisteminin formalaşdırılması deməkdir. Milli adamlar millətin, dövlətin döyüş bayraqlarıdır. Onlardan hər hansı birinin diz çökməsi bir ordunun yenilməsindən daha ağır fəsadlara yol aça bilər. “Kaspi” Liseyində keçirdiyim bayraq günü həyatımın ən yadda qalan bayram günü oldu.

- Məmləkətin halı…

- Məmləkətin halına köklənən adamlar milyonların hiss edə bilmədiklərini duya bilirlər. Onlar üçün məmləkət bütövdür, ağrısıyla, acısıyla, uğuru, qələbəsi ilə... Ruhumda incə bir sızıltı var. Ruhunda Vətən daşıyan insanlar onun bütün ağrılarını öz üzərlərində hiss edirlər. Mən də bütöv deyiləm. Əlim-ayağım yerindədir, amma hiss edirəm nə isə çatmır. Bütün hallarda bu ağrını yenə biləcəyimizi düşünürəm. 26 illik müstəqillik tariximiz buna əyani sübutdur. 90-cı illərdə yazdığım bir şeir var:
Gün çıxıb sən hələ yuxulardasan,
ömrü yuxularda talan məmləkət.
Yüz ildi baxıram...
Görüm, hardasan,
dünyanın küncündə solan məmləkət,
Salam məmləkət!
26 il ərzində dünyanın küncündən nəqliyyat və enerji dəhlizlərinin keçdiyi mərkəzi qovşağa çevrilmişik. Təbii ki, hər şeyin bundan daha yaxşı olmasını istəyirəm. İnsanın öz arzularında maksimalist olması yaxşı cəhətdir, zənnimcə. Amma bu maksimalizm aqressiyaya çevrilməməlidir, yaradıcı olmalıdır. Məmləkətin halının, ovqatının daha yaradıcı olmasını istəyirəm...

- Biz sizinlə tez-tez dərdləşirik, amma nə mən, nə də oxucu sizin söhbətinizdən doyur. Nədi sizi və bizi belə bağlayan?

- Bizim kimi adamları danışmadan da oxumaq olur. Hər şey üzümüzə, gözümüzə yazılıb. Zənnimcə, bütün münasibətlərin, davranışların əsasında səmimiyyət dayanmalıdır. Oxucu saxtakarlıqla, yalançı pafos və ritorika ilə səmimiyyət arasındakı sərhədi kifayət qədər yaxşı görür, hiss edir. Bizi bağlayan da budur, bir də ki, ruhumuzdakı Vətən sevgisi. Bizi ruhumuzun minillərin o başından, türkün qan yaddaşından boylanan telləri bağlayır:
Səpələdim göylərə bulud kimi illəri –
Kimsəsiz zirvələrdə yüz illik qar kimiyəm.
Başdan ayağa kimi içim söz qəbirləri –
Başdaşları içində adsız məzar kimiyəm.
Adımı pıçıldayıb qayalara, sirr deyin,
Göydən gəldiyim yolu qayıdıb kəsə dönüm.
Göydən asılan səsə "tabu"- deyib, "pir"- deyib,
Altaydan Qafqazadək sıçrayan səsə dönüm:
"Ayaqlarım altında titrəsin Yer kürəsi,
Mən səsəm, səs, nəhəng səs!
Mən səsəm, şaman səsi...
Biz üzü Tanrıya doğru ucalan saf, təmiz, təmənnasız səsin əks-sədasıyıq. Bu səsi ruhunda yaşadanlar dualarını göy üzünə pıçıldayıb nə zamansa başlarına narın yağış kimi enəcəyi günü gözləyirlər. O səs, o dualar və əbədi gözləntimizdi bizi bağlayan...

- Eşq nədi?! Bəs ruh? Biz nəyi ruhumuzun eşqiylə sevirik?

- Eşq qəlbimizin, ruhumuzun, Tanrı dərgahının açarıdır. Ruh isə... Bilirəm, Tanrını geyim və ibadət formasında axtaran zahidlər üçün bu sözlərim küfr kimi görünəcək, amma mən haqq bildiyimi yalnız Tanrıya güzəştə gedə bilərəm. O da bunu məndən istəməyəcək qədər böyükdür. Ruh insanlığın yaranışından bu yana yol gələn virtual genetik kodlar toplusudur. Ruh göydən gələn və göyə qayıdan işıqdır. İnsan ruhunun eşqi ilə yalnız Tanrını sevə bilər.

- Bizə Bayraq Günümü lazımdır? Qələbə Günümü?!

- Bizə Bayraq günü də lazımdır, qələbə günü də. Qələbə gününə gedən yol bayraqdan, istiqlalımızın dərkindən, milli birliyimizdən keçir.

- Bayraq bizə nə verdi? Onu sevirikmi ya sevməyimi öyrənirik? Deyəsən sevgilərimiz də kimlərdənsə alıntıdır…

- Bu dünyada bir kişi, bir insan üçün yalnız Tanrının və bayrağın kölgəsində yaşamaq qəbahət deyil. Bayraq bizə verdiyini 100 il öncə vermişdi. Ona qədər olanlar isə göytürklərdən üzü bu yana o bayrağın mavisində yer alıb. İmperiyaların yaddaşımızdan silməyə çalışdığı milli kimliyimizi yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Bayrağımızın tarixi azadlığımızın, istiqlalımızın tarixidir. Sevgilərimiz alıntı deyil. Sadəcə genetik yaddaşımız yenidən bərpa olunduğu üçün ayrı-ayrı hissələr arasındakı bağların birləşməsinə müəyyən vaxt lazım gəlir. Bizim bütövlüyümüzə genetik yaddaşımızın bərpa olunmuş hissələri arasındakı boşluqlar mane olur. O boşluqlar aradan qalxmayınca, əlaqə bərpa olunmayınca belə olacaq. Bayrağı sevməyi öyrənmək lazım deyil. O sevgi bizimlə birlikdə doğulub. Yetərli deyil, şübhəsiz. Əslində bu məsələdə kütləvi sevgi gözləməyə də dəyməz. Bayrağı gələcəyə milli hədəfləri dərk edən, bu yolda fədakarlıq etməyə hazır olan insanlar daşıyır. Zaman keçdikcə bu insanların sırası da genişlənir. Bu səbəbdən narahat deyiləm.

- Bizim döyüş əzmimiz bayraqla çəkilən pozlarda sındırılır, sanki... Bu mövzuda da kütləvilikdən çıxammırıq.

- Bayraqla çəkilən şəkillərə kütləvi yanaşma da doğru deyil. Biz insanların bayraq sevgisini fotoşəkillərlə müəyyənləşdirə bilmərik. Buna görə kimsəni qınamaq da olmaz. Lazım olan o kütləviliyin içindəki gerçəklərdir. Əgər kimsə Bayraq Günü olduğu üçün başqalarından fərqlənməmək naminə poz verib bayraqla şəkil çəkdirirsə buna görə narahat olmaq lazım deyil. Beş dəfə, on dəfə şəkil çəkdirəcək, sonra isə sevə bilən sevəcək, sevə bilməyən üçün vərdişə çevriləcək. Sevmək də xüsusi istedad tələb edir. Buna görə də hər kəsdən sevgi gözləyə bilmərik. Qoy bəzilərində bu alışqanlıqla, vərdişlə olsun, amma olsun. Özləri olmasalar da övladları bu alışqanlığı sevgiyə çevirə biləcəklər.

- Son dövrlərdə bütün duyğularını sosial şəbəkələrdə yaşayan zümrə olaraq heç nəyə halımız qalmayıb. Sizcə qazımız alınmır ki?

- Sosial şəbəkələr indi həyatımızın bir parçasına çevrilib. Amma bunun uzunmüddətli olacağını düşünmürəm. Proses özünün pik nöqtəsinə çatdıqdan sonra geri sayım başlayacaq.

- Mətbuat. Hər nə qədər mənəvi söhbət eləsək də bu mövzudan yan keçə bilmərik. Küyə gedən mətbuat əsas vəzifəsini harada unutdu?

- Doğrusu, bu barədə danışmaq istəmirəm. Çünki söz mərhələsi başa çatıb. İctimai qınaq, maarifləndirmə effekt vermir. Peşəkar, ənənəvi mediada “küyə getmək” problemi əsasən həll olunub. İnternet resurslarındakı özbaşınalığa isə son qoymağın yolu hüquqi tənzimləmələrdən və güzəştsiz tədbirlərdən keçir.

- Niyə daşları yerindən oynatmaq olmur?

- Bəzən gərəksiz görünən daşı da yerindən tərpədəndə sütunları belə yerindən oynada bilər. Daşları yerindən tərpətməkdənsə yeni və daha sağlam daşlarla alternativlər yaratmaq lazım gəlir. Ağıllı adamlar ictimai maraqları riskə atmadan hərəkət edirlər. Bu uzun və çətin prosesdir. Amma böyük kataklizmlərdən qorunmağın başqa yolu da yoxdur.

- Tərs şapalaq nədir?!

- Düzünə təsir vasitələrinin nəticə verməyəcəyi yəqinləşdikdən sonra istifadə olunan son vasitə.

(azadinform.az)

Xəbər 3841 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +