“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


10.11.2017  12:08 

Deputatla bəstəkar arasında QARŞIDURMA





A+  A-

Professor Qulu Məhərrəmli və millət vəkili Fazil Mustafa “GünazTV” internet kanalında yayımlanan “Mətbuat aynasında” verilişində Bayraq Bayramı ilə bağlı çıxış ediblər.
XəzərNews.az xəbər verir ki, çıxışçılar verilişdə bayramın əhəmiyyətindən danışıblar. Professor Q. Məhərrəmli verilişin linkini öz feysbuk statusunda paylaşıb.

Statusa şərh yazanlar, o cümlədən bəstəkar Cavanşir Quliyev deputat F. Mustafanı tənqid edib.

C. Quliyev bildirib ki, F. Mustafa Üzeyir Hacıbəylinin yaratdığı gözəl himni sevmir və bunu açıq bəyan edir: “1992- ci ildə himn qəbul olunarkən o da hökumətdə idi və susdu”.

F. Mustafanın tənqidlərə reaksiyası sərt olub: “Qulu Məhərrəmli bizim bayraqla bağlı Günaz.tv də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla bir qrup geri zəkalı, fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da bir arpa boyu ağıllanmayıblar.

Mənim himn də, bayraq da daxil olmaqla istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.

Bəstəkar isə deputatın bu cür reaksiyasından hiddətlənib: “Sənin xuliqanlığına cavab verməyəcəm, Fazil. O ki qaldı təhlilə, təftiş və təhlil olunmalı sənsən – səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin" edib? Bax, bunu təhlil et...

O ki qaldı mənim getməyimə, ay "millət vəkili", sən rahat yerindən hardan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları hardan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən!

Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”.

Xəbər 950 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +