Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


08.11.2017  14:06 

Tacir DANIŞDI: “Arvadımı atıb, Fədayənin ..“





A+  A-

Fədayə Laçının bacısı İlahə Fədanın müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi fikirlər Taciri özündən çıxarıb.
XəzərNews.az-ın məlumatına görə, yenicag.az-a açıqlama verən müğənni bunları deyib:

"Eşitdim o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur”.

Qeyd edək ki, İlahə Fəda "APA TV”-nin "Show time” verilişinə qoşularaq, T. Şahmalıoğlunun ünvanına bu fikirləri səsləndirib.
"Tacir Fədayənin müəllimi olduğunu deyib. Tacir müəllim ola bilməz. Onun musiqi fəaliyyətinə nəzər salsaq, Murad müəllimin sayəsində "Qarabağ bülbülləri»ndə bir parça "Bayatı şiraz” oxuyub. Və bununla da Qızıl Fonda düşüb. Onun elə uğuru bircə bu olub. Sonra nə oxuyub? Hansı mahnısı yadınızda qalıb? Tacir Fədayə ilə duet oxuyandan sonra tanınıb. Sən elə müəllimlik eləmisən ki, Fədayə indi həbsdədir”.

Xəbər 4094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +