Türkiyənin sərhəd rayonlarında məktəblər bağlandı
İsrail Suriyaya gizlincə zərbə endirib
Zakir Həsənov idarə rəisini vəzifədən çıxardı
Sabah hava necə olacaq?
Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır
Ərdoğan təcili Moskvaya gedəcək
Suriyada bir həftəyə 637 terrorçu öldürülüb
Atəşkəs snayper tüfəngləri ilə pozulub
Azərbaycan Rusiyaya nota verdi
ABŞ ordusu Münbiçi ruslara verdi


08.11.2017  10:18 

İstilik nə vaxt veriləcək? - “Azəristiliktəchizat”dan vacib AÇIQLAMA





A+  A-

“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2017-2018-ci illər istilik mövsümünə hazırlıq tədbirləri yekunlaşmaq üzrədir.
XəzərNews.az-ın məlumatına görə, “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az-a bildirilib ki, istilik mövsümünün qanunvericilikdə nəzərdə tutulduğu vaxtda başlaması nəzərdə tutulub:

“İstilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, digər ərazilərdə, Bakı şəhərində noyabrın 15-dən başlacaq. Mövsüm ərzində cəmiyyətə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin ediləcək. Bununla əlaqədar istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət-ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Qurum rəsmisi bildirib ki, tədbirlər planına əsasən 538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb:


“403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir edilib, 1092 ədəd qazan mexaniki və kimyəvi üsullara təmizlənib, 20 min 571 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunub, 144 ədədi isə yenisi ilə əvəzlənib. Magistral və məhəllədaxili istilik xətlərində 9855 kvadratmetr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 15 min 482 kvadratmetr dam örtüyü təmir edilib. Bundan başqa 585 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 3 ton kationit materialları dəyişdirilib.
İstilik təchizatı sistemində ən vacib və çətin sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq, 1052 kilometrlik istilik xətləri yuyulub və hidravlik təzyiqə yoxlanılıb, 27,3 kilometr məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, 569 kilometr istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb”.

R.Əliyev bildirib ki, yeni mövsümdə yarana biləcək suallarla bağlı abonentlər 956 saylı “Çağrı mərkəzi”nə müraciət edə bilərlər:

“Payız-qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır.
Bundan başqa sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədilə “Azəristiliktəchizat” ASC-nin 956 saylı “Çağrı mərkəzi” fəaliyyət göstərir ki, bu da vətəndaş müraciətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunması istiqamətində fəaliyyətin səmərəliliyini daha da artırıb. Eyni zamanda, “Azəristiliktəchizat” ASC-nin “azeristilik.gov.az” saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər”.

Onun sözlərinə görə, sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması, şəffaflığın artırılması və nağdsız ödənişin təşviq olunması məqsədilə bütün abonentlər kodlaşdırılaraq, Mərkəzi Bankın kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan Hökumət Ödəniş Portalına və respublikada fəaliyyət göstərən bütün əsas ödəniş portalları və terminallarına qoşulub.

Xəbər 1562 dəfə oxunub.




16.10.2019  14:08 

Sabah hava necə olacaq?

16.10.2019  11:53 

Ərdoğan təcili Moskvaya gedəcək

16.10.2019  10:54 

Qazla bağlı xəbərdarlıq

15.10.2019  20:29 

Azərbaycan Rusiyaya nota verdi


BÜTÜN XƏBƏRLƏR +