İlham Əliyevdən Davos paylaşımı
Diqqət: Bəzi ərazilərdə işıq olmayacaq
Yük avtomobili yandı: 14 ton qida məhv oldu
Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?


06.11.2017  23:11 

Azərbaycanda yeni qurum yaradıldı





A+  A-

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (“ASK” ASC) yaradılması haqqında Fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, səhmləri dövlətə məxsus olan “ASK” ASC dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb.

Fərmana əsasən “ASK” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Qurumun strukturunun təsdiqini, işçilərinin əməkhaqlarının müəyyənləşdirilməsini və nizamnaməsi ilə Müşahidə Şurasına həvalə edilmiş digər səlahiyyətləri “ASK” ASC-nin Müşahidə Şurası həyata keçirəcək.

Dövlət başçısının sərəncamları ilə Natiq Əmirov “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri, Kamran Nəbizadə isə baş direktoru təyin edilib.

Xəbər 1184 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +