Bu keçid bağlanır
Bakıda 17 yaşlı qıza təcavüz edilib
84 yaşlı kişi özünü asdı
Bu yay 29 nəfəri gün vurub
“Qara qutu” Azərbaycanda tədqiq olunacaq
Sabah da 42 dərəcə isti gözlənilir
Hindistanda sel daha 58 nəfəri öldürdü
Bu rayonlar qazsız qalacaq
Rusiya CNN-ə 200 min cərimə kəsdi
Obama, Zukerberq və Geyts Ermənistana gedir


03.11.2017  17:02 

İslam demək hər şeyin ən gözəli deməkdir





A+  A-

İslam və gözəllik... Yəqin ki, iki təzad sözü niyə bir yerdə işlətdim deyə məqalənin başlığı sizə qəribə gəldi. İslam hara, hər şeyin ən gözəli hara...
Belə düşünməyiniz normaldır. Çünki cəmiyyətdə elə fikir formalaşıb ki, İslam dini və bu dinə mənsub olan əsil müsəlmanlar fərqli olmalıdırlar. Yəni onlar dünyadan təcrid, yoxsul, gözəl geyinməyən, sadə həyat sürən, sosial həyatdan məhrum, əylənməyən, deyib-gülməyən, musiqiyə qulaq asmayan, incəsənətdən tamamilə uzaq duran insanlar olmalıdır. Əslində, yuxarıda sadaladığım həyat tərzi o qədər çətindir ki, bir insanın bunu yaşaması qeyri-mümkündür. Ancaq yenə də məsələ budur ki, İslam dini sanki insanı həyatdan təcrid edir və bu cür yaşamağa vadar edir. Hətta dinlə çox əlaqəsi olmayan bəzi insanlar da müasir geyinmiş və özünü müsəlman adandıran insan görəndə bunu müsəlman kimi qəbul etmək istəmir. Bəs həqiqətən də İslam dini bizdən bunları tələb edir və özünü müsəlman adlandıran hər kəs də bu həyatı yaşamalıdırmı?
Cavabım belədir, əlbəttə ki, xeyr. Cavabımının istinad mənbəyi də Qurandır, o Quran ki, Allah bizim üçün hər şeyi çox detallı olaraq orada izah etmişdir.
De: `Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?` De: `Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur`. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)
Allahın Quranda bildirdiyi haramlar çox məhdud saydadır, halalların isə ucu-bucağı yoxdur. İslam dininə görə nəyin halal, nəyin haram olduğunu bilmək üçün insanın Qurana baxması kifayətdir. Quranda isə heç bir ayə insanın zinət əşyalar taxmasını, ipək geyinməsini, deyib-gülməsini, musiqiyə qulaq asmasını, incəsənətlə məşğul olmasını qadağan etmir. İslam adına uydurulan bu xurafatların heç birinin dinimizlə əlaqəsi yoxdur, əksinə bu qadağalarla insanlar dindən soyudulur. Məsələn, qonşumuzda bir müasir qız var, uzun müddətdir ki, namaz qılmaq istəyir. Ancaq düşünür ki, namaz qılmaq üçün o qədər şərt var ki, o bunu bacarmaz.
Allah Quranda çox az günahlar bildirir, hansı ki bildirdiyi bu günahlar da insanın xeyri üçündür. Bir çox ayədə isə insanların gözəl əxlaqlı olmasına diqqət çəkilir. Məsələn, yalan danışmaq, iftira atmaq, qeybət etmək, faiz pul almaq kimi bir çox əməllər Qurana görə qadağan olsa da, insanlara bu xüsusiyyətlər təbliğ edilmir, sadəcə İslam forma dini kimi tanınır. Halbuki İslam ən müasir, ən gözəl, ən rahat dindir. Bir müsəlman da rahatlıqla dinini yaşaya bilər, dünyadakı halal olan bütün nemətlərdən istifadə edib zövq ala bilər. Müsəlman demək yüksək zövqə sahib, gözəl, müasir və təmiz geyinən, gözəl yerlərdə yaşayan, gözəl yeməklər yeyən insan deməkdir. Nemətlərə sahib olmaq bir müsəlman üçün haram deyil, əksinə böyük nemətdir. O nemətləri Allah yolunda istifadə edər, bu nemətlərdən istifadə etdikcə şükür edər, Allaha yaxınlığı artar, cənnətdəki gözəllikləri bu dünyadan qavramasına vəsilə olar.
Din sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, rahatlıqdır, eləcə də din kasıblara, yetimlərə, uşaqlara, qocalara əl tutmaq, heyvanlara, bitkilərə, bir sözlə, Allahın yaratdığı bütün varlıqlara Allahın təcəllisi kimi sevgi bəsləməkdir. Belə üstün əxlaq anlayışı, əlbəttə ki, həyatın hər anında insanların düşüncə və davranışlarında üstünlük, keyfiyyət qazandırar. Beləliklə, Qurandakı bu əxlaq anlayışını həyatına tətbiq edən insan yer üzünün ən keyfiyyətli və kübar insanı olar. Odur ki, insan bu dünyadan başlayaraq cənnəti yaşayar inşaAllah.

Firuzə Həsənzadə


Xəbər 2740 dəfə oxunub.



21.08.2019  20:37 

Məhərrəm Qurbanov vəfat etdi

21.08.2019  18:11 

Məzənnə eynidir

21.08.2019  17:38 

Bu keçid bağlanır

21.08.2019  16:24 

84 yaşlı kişi özünü asdı

21.08.2019  14:54 

Bu yay 29 nəfəri gün vurub

21.08.2019  12:08 

Sudan tarixində ilk

21.08.2019  11:09 

“Barselona“ Dembeleni də itirdi

21.08.2019  09:46 

Bu rayonlar qazsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +