AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.11.2017  18:43 

Avtomobildən göz muncuğu və dua asanlar cərimələnir





A+  A-

"Bu əşyalar avtomobillə birlikdə zavodda istehsal edilməyib"
Aşqabadın yol polisi avtomobilindən yazı, dua, oyuncaq, həmail, o cümlədən dəvə yunundan hörülmüş «alaca» adlı ənənəvi ip asmış sürücüləri saxlayır.
XəzərNews.az AzadlıqRadiosun-a istinadən xəbər verir ki, sürücülərdən bu həmailləri avtomobilin salonundan çıxarmaq və 50 manat (14 dollar) məbləğində cərimə ödəmək tələb edilir.
Anonimlik şərti ilə danışan bir Aşqabad sakini radioya bildirib ki, yeni həmail qadağasının tətbiqi haqda xəbər ilk dəfə bir həftə öncə yayılıb: “Bazar günü, təxminən saat 11 radələrində yol polisi əməkdaşı məni saxladı və 3x2 santimetr ölçüsündə olan nəzər həmailini və maşının arxa hissəsindəki 15 santimetrlik oyuncağı avtomobilimdən yığışdırmağı tələb etdi. Polis əməkdaşı xəbərdar etdi ki, bundan sonra maşına buna bənzər əşyaların, habelə «Allah qorusun» tipli yazıların yerləşdirilməsi qadağandır. O mənə 50 manat (14 dollar) məbləğində cərimə yazdı”, – özünü Gəldimurat kimi təqdim edən aşqabadlı sürücü deyir.
Sürücülərin sözlərinə görə, polis əməkdaşları avtomobilin salonunda həmail və oyuncaqların asılmasının qayda pozuntusu olduğunu və buna görə cərimə cəzasının qoyulduğunu sübut edən hər hansı rəsmi sənəd təqdim etmirlər. Bununla yanaşı, avtomobil müfəttişliyinin bəzi əməkdaşları bu qadağanı həmin əşyaların yol hərəkətinə törədə biləcəyi «təhlükə» ilə izah edirlər.
“Yol polisi əməkdaşları sürücülərə izah edirlər ki, bu əşyalar avtomobillə birlikdə zavodda istehsal edilməyib. Onlar bizə deyirlər ki, bu əşyalar sürücünün və avtomobilin yanından keçən digər sürücülərin diqqətini yayındırır və bu, yol hadisələrinin baş verməsinə səbəb olur”, – Aşqabaddan olan daha bir sürücü deyir.
Sürücülər qeyd edirlər ki, uyğun qurumlar avtomobil sahiblərinə yeni qadağanın tətbiqiylə bağlı hər hansı rəsmi bildiriş göndərməyib. Onların sözlərinə görə, yerli KİV-lərdə də bu haqda hər hansı məlumat verilməyib.
Nə yol-patrul xidmətindən, nə də Aşqabad şəhər administrasiyasından hər hansı rəsmi açıqlama almaq mümkün olmayıb.
Qeyd edək ki, avtomobillərin salonuna həmaillərin, oyuncaqların və başqa bu kimi əşyaların yerləşdirilməsi qadağası Türkmənistanda nəqliyyat vasitələrinin zahiri görkəmi ilə bağlı ilk məhdudiyyət deyil. 2014-cü ildə ölkədə avtomobillərin şüşələrinin tündləşdirilməsi yasaqlanıb. Hökumət avtomobil sahiblərindən tündləşdirilmiş şüşələri çıxarmağı tələb edib. Sürücülər hətta maşını istehsal edən zavodun hazırladığı tünd şüşələri də çıxarmalı olublar. Bundan başqa, maşınlara qara disklər və spoylerlər taxmaq da qadağan edilib. Polis o zaman bu addımları da yol-nəqliyyat hadisələrini önləmək məqsədilə atdığını bildirib.
2013-cü ilin martında 5 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsi qadağan edilib. 2015-ci ildə isə hökumət Türkmənistana qara rəngli avtomobillərin idxalını yasaqlayıb.

Bu ilin yazında Aşqabad polisinin şəhəri köhnə avtomobillərdən «təmizləməyə» başladığı haqda məlumat yayılmışdı. Sakinlər polis əməkdaşlarının heç bir izahat vermədən şəhərin küçələrində nəqliyyat vasitələrini saxlayaraq, cərimə meydançasına apardıqlarını bildirirdilər.

Xəbər 2358 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +