“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


02.11.2017  15:46 

Texniki Universitetdə ciddi pozuntular aşkarlandı





A+  A-

Azərbaycan Texniki Universitetinin (Universitet) tələbə qəbulu planı bakalavr təhsil pilləsi üzrə 2015/2016-cı tədris ilində 33 ixtisas üzrə 92,7%, 2016/2017-ci tədris ilində 84,3%, magistratura təhsil səviyyəsi üzrə müvafiq olaraq 47,0% və 54,0%, Universitetin gəlirləri 2015-ci ildə 100,8%, 2016-cı ildə 97,5%, 2017-ci ilin 6 ayı ərzində 54,4% yerinə yetirilib.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, bu, Hesablama Palatasının audit yoxlaması nəticəsində aşkarlanıb.

Sənəddə qeyd edilib ki, Azərbaycan Texniki Universitetinin xərclər smetası isə müvafiq olaraq 95,3%, 89,6%, 36,9% icra olunub. 2016/2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin 26,7%-nin akademik borcu qalıb, 17,5%-i imtahan sessiyasını əla, çox yaxşı və yaxşı qiymətlərlə başa vura bilib. Bu göstərici magistratura təhsil səviyyəsi üzrə 9,5% və 43,1%, "SABAH” tədris qrupları üzrə 7,2% və 60,8% olub. Audit dövrünün əvvəlinə ödənişli əsaslarla təhsil alan tələbələr üzrə təhsil haqqına görə ödənilməmiş 75,8 min manat və 13,6 min ABŞ dolları borc məbləği, audit dövrünün sonuna isə müvafiq olaraq 363,9 min manat və 36,8 min ABŞ dolları borc məbləği mühasibat uçotunda debitor borc kimi əks etdirilməyib, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif səbəblərdən universitetin tələbələri sırasından xaric edilmiş tələbələr üzrə təhsil haqqı dövlət büdcəsinə qaytarılmayıb.

Universitet tərəfindən bəzi hallarda Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın tələblərinə əməl olunmayaraq elmi dərəcəsi olmayan müəllim və assistentlərə mühazirə saatları verilib, şöbə və kafedralarda normadan artıq laborant ştatları saxlanılıb. "Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial-müdafiəsi haqqında” qanunun tələblərinə əməl edilməyərək, bu kateqoriyadan olan və akademik borcu olan, həmçinin Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın tələblərinə əməl edilməyərək Azərbaycan Respublikasının vətəndaşı olmayan tələbələrə təqaüd ödənilib.

Xəbər 1334 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +