Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.11.2017  08:53 

Rusiyadan Türkiyəyə uçan təyyarə təcili eniş etdi





A+  A-

Moskva şəhərinin “Domodedovo” hava limanından Türkiyəyə uçan təyyarə Odessada təcili eniş edib.
XəzərNews.az “Ria Novosti”yə istinadən xəbər verir ki, məcburi enişə səbəb tualetdə sahibsiz çantanın aşkarlanması olub. Bu barədə Milli polisin Odessadakı rəisinin məsləhətçisi Ruslan Forostyak bildirib.

Onun sözlərinə görə, uçuş zamanı sərnişinlərdən biri özünü pis hiss etdiyini deyərək uzun müddət tualetdə qalıb. Ekipaj onun bu hərəkətindən şübhələnərək tualet otağına baxış keçirib və orada gizlədilmiş çantanı aşkarlayıb.

Forostyak qeyd edib ki, təyyarə eniş etdikdən sonra çanta polislər tərəfindən yoxlanılıb, lakin onun içərisində şübhəli heç nə tapılmayıb.

O, həmçinin vurğulayıb ki, özünü şübhəli aparan Litva vətəndaşı hazırda polis tərəfindən dindirilir.

Xəbər 2893 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +