Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.10.2017  12:07 

Arif Əsgərovun qohumu QSC-yə 4 milyon “atıb”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə ittiham aktı elan edilib.

İttihama görə, R.Hüseynov "Azərbaycan Dəmiryolları" QSC-yə yataq dəstləri gətirmək adı ilə Qoşqar Zeynalovdan 4 milyon 300 min manat alaraq mənimsəyib. Digər zərərçəkən Namiq Mehdiyevə də pul “atıb”.

Lakin Rahib Hüseynov özünü təqsirli bilmədiyini deyib.

R.Hüseynov hazırda eyni maddə üzrə məhkəməsi davam etdirilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Qeyd edək ki, təqsirləndirilən qardaşlar “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır.

Xəbər 2788 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +