Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


30.10.2017  18:23 

İradə İsak yenidən Lider TV-də





A+  A-

Tanınmış teleaparıcı İradə İsak yenidən Lider TV ilə əməkdaşlığa başlayıb.
XəzərNews.az bildirir ki, bu barədə BakuPost.az-a jurnalistin özü məlumat verib. Bildirib ki, sözügedən telekanalda həmkarı Hacı Quliyevlə birlikdə yeni layihədə yer alacaq. Onun sözlərinə görə, veriliş "Ümidlə gəl” adlanır və gələn həftədən efirdə olacaq: ""Ümidlə gəl” proqramı sosial yönümlüdür. Daha çox insanların problemlərini həll etməyə çalışacağıq, aksiyalar təşkil edəcəyik. Düzdür, Azərbaycan efirində bu tipli verilişlər mövcuddur. Amma biz özümüz bura bir rəng qatmağı düşünürük.

Mən ilk dəfədir belə bir layihədə iştirak edirəm. Azərbaycan teleməkanında bir çox layihələr etmişəm: araşdırma, şou, sosial layihə. Amma bu tipli verilişim olmayıb. Düşünürəm ki, bu da mənim üçün təcrübə olacaq. Yaxşı bir komandayla işləyirik. Peşəkar heyət yığa bilmişik. Verilişin həmaparıcısı Hacı Quliyev olacaq. Gələn həftədən efirdə olacağıq”.

İ. İsak qeyd edib ki, veriliş həftədə 3 dəfə 1 saat – 14:15-15:15 arası yayımlanacaq: "Pozitiv bir veriliş etmək istəyirik. İnsanların problemlərini qabardıb, onları incitmək istəmirik. Onlara daha çox ümid verən bir porqram olsun istəyirik. Onları incidək, işi uzadaq və s. nələrsə edək kimi əməllərdən uzaq olacağıq”.

Xatırladaq ki, İ. İsak bir müddət əvvəl Lider Tv-də "Tor" adlı layihənin aparıcısı idi. Lakin veriliş bir neçə ay yayımlandıqdan sonra efirdən yığışdırıldı.


Xəbər 3234 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +