Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.10.2017  11:25 

Ermənistan İrana arxadan zərbə vurur





A+  A-

İran İslam Respublikasında 100 minə yaxın erməni yaşayır və onlar geniş imtiyazlara malikdirlər, ana dillərində təhsil almaq hüquqları var. Hətta İran parlamentində ermənilər iki deputat ilə təmsil edilirlər və onların əsas “vəzifəsi” “erməni soyqırımı”nı dünyada tanıtmaqdır.
İranda ermənilər milli və dini bayramlarını sərbəst qeyd edə bilərlər, kilsələrin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur, əksinə dövlət tərəfindən onlar üçün hər bir şərait yaradılır, bütün kilsələr təmir edilir. Bununla belə erməni kilsələrinə ancaq ermənilər gedə bilirlər. Tehranda yerləşən Müqəddəs Sarkis kilsəsində ermənilər hər il aprelin 24-də “erməni soyqırımı” ilə bağlı nümayişlər keçirirlər.
Ermənilərə verilən bu imtiyazlara baxmayaraq onlar gizli olaraq İran hökumətinə qarşı fəaliyyət göstərirlər.
Birincisi, ermənilər Azərbaycan, Türkiyə və Gürcüstandan sonra İranda da bu ölkənin ərazisinə iddialar edirlər. Belə ki, ermənilər Urmiya gölünün II Tiqranın vaxtında "Böyük Ermənistan"ın ərazisinə daxil olduğunu iddia edirlər.
İkincisi, ermənilər İrana qarşı ABŞ-ın xeyrinə casusluq edirlər. Ermənistan Cənubi Qafqazda ən kiçik dövlət olmasına baxmayaraq oradakı ABŞ səfirliyində 1500 nəfər çalışır. ABŞ-ın dünyada sayına görə ikinci ən böyük səfirliyi Bağdaddan sonra Ermənistanda yerləşir. ABŞ-ın Ermənistanla sərhəd olan Türkiyə, Azərbaycan, Gürcüstan, İran ölkələrində də səfirlikləri var. Amma ən böyük səfirliyi Ermənistanda yerləşir. 145 milyon əhalisi olan Rusiyada olan ABŞ səfirliyində 1150 nəfər çalışdığı halda, 2,5 milyon əhalisi olan Ermənistanda 1500 nəfər ABŞ diplomatı çalışır. ABŞ-ın Ermənistanda diplomatik heyətinin sayı Rusiya ilə müqayisədə 76 dəfədən çoxdur. Əhalinin sayına görə bu nisbət Rusiyada 1:130000-dirsə, Ermənistanda 1:1700-dür. Nə üçün ABŞ İranla sərhədi olan nə nefti, nə qızılı, nə də zəngin təbii ehtiyatları olmayan Ermənistan ilə əməkdaşlığa önəm verir? ABŞ xarici siyasətini həyata keçirmək üçün dünyanın potensial təhlükəli regionunda yerləşən, qonşuları Türkiyə, Azərbaycan, Gürcüstan və İrana qarşı ərazi iddiaları irəli sürən Ermənistana strateji əhəmiyyət verir. ABŞ Ermənistan ərazisindən istifadə edərək, ABŞ və Ermənistan vətəndaşı olan erməniləri İranın ərazisinə ötürür. Ermənistandan İrana keçərkən Norduz sərhəd-buraxılış məntəqəsində təhlükəsizlik əməkdaşlarının ciddi yoxlamaları nəticəsində həbs olunan ABŞ vətəndaşı erməni qadın Hal Talayanın ağzında səsi qeydə alan aparatın aşkarlanması təsadüfi deyildi.
Rusiya və İranla “dostluq” münasibətləri quran Ermənistan ABŞ-ın ən güclü həmkarıdır. İrana qarşı iqtisadi sanksiyalar qoyulmasında, İran valyutasının dəyərinin azalmasında, onun izolyasiya olunmasında Ermənistan ABŞ üçün açar rol oynayır. Ermənistan ABŞ-ın rəqibləri olan Rusiya və İran ilə necə səmimi dostluq münasibətləri qura bilər?
Ermənilərin öz məqsədlərinə çatmaq üçün məskunlaşdıqları ölkənin vəziyyətindən sui-istifadə halları və dövlətə daxildən zərbə vurmaq məqsədləri birinci dəfə deyil. Hələ I Dünya müharibəsi illərində ermənilər Osmanlı imperiyasındakı şəraitdən istifadə edərək qiyamlar qaldırmaqla dövləti zəiflətməyə və öz məqsədlərini həyata keçirmək üçün onun məğlub olmasına çalışırdılar. Ermənilər müharibədə Van, Bitlis, Tiqranakert, Ərzurum, Xarberd və Sebastiya, həmçinin Klikiyanın daxil olduğu ərazilərin Türkiyədən alınaraq özlərinin erməni dövlətini yaratmaq, “erməni məsələsi”ni həll etmək məqsədilə iştirak edirdilər. Rusiya ermənilərə Böyük Ermənistan yaratmaqda kömək edəcəyini vəd edərək Osmanlı hakimiyyətinə qarşı mübarizə aparmaq üçün könüllü erməni drujinalarının, alaylarının yaradılmasını təşkil edir, onları yeni silahlarla silahlandırırdı. Eyni zamanda ölkə daxilində ermənilərin silahlı üsyanları təşkil edilirdi. Osmanlı hökumətinin ölkə daxilində üsyan qaldıran, erməni alayları ilə birləşməyə cəhd edərək türklərin kütləvi qırğınını təşkil edən ermənilərə qarşı gördüyü qanuni təhlükəsizlik tədbirlərini isə hazırda ermənilər “erməni soyqırımı” kimi dünyada qəbul etdirməyə cəhd edirlər.
Yaradılan erməni alayları İranda da vəhşiliklər törətdilər. Mirzə Bala Məmmədzadə 1927-ci ildə İstanbulda nəşr etdirdiyi “Ermənilər və İran” adlı əsərində yazır ki, I Dünya müharibəsi illərində yaradılan könüllü erməni alayları rus ordusunun İrandakı istilalarından istifadə edərək Urmiya gölü ətrafında, Maku, Xoy, Urmiya əyalətlərində türk əhalisini kütləvi surətdə qırdılar.
Ermənilər 160 ilə yaxın Azərbaycan torpaqlarında yaşamalarına, dövlətin onlara qarşı qayğısına baxmayaraq Azərbaycana xəyanət etdilər, əsassız ərazi iddiaları – Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə iddia irəli sürdülər. Ermənistanın Azərbaycan ərazilərinə birbaşa hərbi təcavüzü nəticəsində 20000-dən çox insan həlak oldu, 50000-dən çox insan yaralandı, yaxud şikəst oldu, təxminən 4866 nəfər əsir və girov düşdü. 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Ərazisi 4,4 min km2 olan Dağlıq Qarabağ, ərazisi 12,719 km2 olan Dağlıq Qarabağ ətrafı rayonları, ərazisi 849 km2 olan Ermənistanla sərhəd rayonların kəndləri işğal edildi. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun məlumatına görə, Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 816,15 milyard dollar həcmindədir və bu zərər artmaqdadır.
Yaxud XX əsrin 90-cı illərində Gürcüstanda olan regional münaqişələr zamanı orada yaşayan ermənilər Gürcüstanın ərazi bütövlüyünü müdafiə etmədilər. Cavaxetiya ərazisində Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olan, yaxud yaralanan erməni yoxdur, ancaq Ermənistan tərəfdən Dağlıq Qarabağda vuruşan ermənilər var. Gürcü-abxaz münaqişəsi zamanı ermənilər nəinki Gürcüstan tərəfdə vuruşmamış, hətta abxazlara kömək etmişlər.
Hazırda Ermənistan İranla yüksək səviyyədə dostluq və qardaşlıq münasibətləri qurduğunu deyir. İran ərazisində baş verən terror aktları kimlər tərəfindən həyata keçirilir? ABŞ İrana qarşı sanksiyalar qəbul etdikdən sonra digər dövlətlərin İranla münasibətlərinə nəzarət etdiyi halda, Ermənistanın İranla münasibətlərinin güclənməsinə göz yumur. ABŞ-ın məqsədi ermənilərə İranın etibarını qazandırmaq, onların ölkədə sərbəst hərəkətinə nail olmaqdır.
Ermənistandan Voroton SES-i almaqda ABŞ-ın əsas məqsədlərindən biri də bu ərazidə radio-elektron cihazlar yerləşdirməklə İranın ərazisinə nəzarət etməkdir.
Beləliklə, özünü İrana dost, qardaş ölkə kimi göstərən Ermənistan İranın zəifləməsi üçün ona arxadan zərbələr vurur.

Ramilə Dadaşova
AMEA Qafqazşünaslıq İnstitutu Qafqaz siyasəti şöbəsinin müdiri


Xəbər 9714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +