Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar


30.10.2017  11:06 

ABŞ səfirindən tarixi açılışla bağlı AÇIQLAMA





A+  A-

Bu gün Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) idarəsi Kommersiya Tipli Dəmir Yollarında Qadağalara dair təlimə başlayıb.
XəzərNews.az Trend-ə istinadən xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, EXBS proqramının Azərbaycan və Gürcüstanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq tarixi var:

“Biz kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ümumi məqsədləri bölüşürük. Birləşmiş Ştatlar, Azərbaycan və Gürcüstanla sərhəd təhlükəsizliyi məsələlərində yaxından əməkdaşlıq edir və bu cür əməkdaşlıq ölkələrimiz arasındakı əla tərəfdaşlığı gücləndirməyi davam edir. Bu təlim ölkələrimizin kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasına, həmçinin Azəbaycan və Gürcüstanın qeyri-qanuni yüklərin aşkarlama və onların daşınmasına qadağa qoyulması sahəsində sübut olunmuş icra bacarıqlarının artırılmasına dair götürdüyü uzunmüddətli öhdəliyi numayiş etdirir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və 26.3 milyon ABŞ dolları məbləğində təlim, avadanlıq və dəstəyini təmin etmişdir”.

Bu təlimin məqsədi qeyri-qanuni yüklərin aşkarlanması və qeyri-qanuni daşınmaların qarşısının alınması sahəsində Azərbaycan və Gürcüstanın təcrübələrinin artırılmasıdır. Azərbaycan və Gürcüstanın Avropa, Asiya və Orta Şərqin kəsişməsində yerləşən coğrafi mövqeyi, Rusiya, Ermənistan və İranla həmsərhəd olması, kütləvi qırğın silahlarının yayılmanın qarşısının alınması və sərhədlərin qorunması üzrə ABŞ-Azərbaycan-Gürcüstan strateji əməkdaşlığın möhkəmləndirilməsini vacib edir.

Həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışından danışan səfir deyib ki, bu Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır. Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir: “Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Xəbər 1128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +