Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.10.2017  10:09 

Bu gün generallara hökm oxunacaq





A+  A-

Bu gün həbs edilən MTN generalı Akif Çovdarov və əməkdaşları, polkovnik Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanova hökm oxunacaq.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hakimlər kollegiyası adıçəkilən şəxslər barədə qərar verəcək.

Hökmdə onların əmlaklarının müsadirə edilməsi, hərbi rütbələrinin alınıb-alınmamasına da baxılacaq. İstintaq zamanı təqsirləndirilən şəxslərin 33,5 milyon manatlıq mülkləri üzərinə həbs qoyulub.

Hökm saat 14:30-da Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan ediləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, A.Əliyev və O.Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xəbər 3096 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +