28.10.2017  14:48 

Türkiyə ilə Azərbaycan arasında saat fərqi yenidən artacaq





A+  A-

Türkiyə 2018-ci ildə yenidən qış vaxtına keçidi tətbiq etməyə başlayacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə qərar “Resmi Gazete”də yayımlanıb.

Məlumata görə, 2018-ci il oktyabrın 28-i saat 04:00-da, bazar günü saatın kiçik əqrəbi bir saat geri çəkiləcək.

Beləliklə də, düz bir ildən sonra Bakı vaxtı ilə Türkiyə vaxtı arasındakı fərq yenidən 2 saat olacaq.

Qeyd edək ki, 8 sentyabr 2016-cı ildə Türkiyədə qış vaxtına keçiddən imtina edilmiş və daimi olaraq yay vaxtının tətbiq olunacağı barədə qərar verilmişdi.

Xəbər 1158 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.01.2025  19:51 

Tanınmış həkim vəfat etdi

19.01.2025  09:46 

Bu ölkədə “TikTok” BAĞLANDI

18.01.2025  22:15 

Abdolbari Gozal VƏFAT ETDİ

18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +