Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


27.10.2017  15:46 

“Məni rüsvay edəcəyini dedi, qorxumdan pul verdim...” - Polkovnik





A+  A-

Polis polkovnikini təcavüzdə ittiham edən, özü isə şantajda təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” istintaqa cəlb edilən şəxslərin ifadələrini əldə edib. İttihama görə, V.Dadaşovanın “qurban”ları polis polkovniki və həkim olub. O, həmin şəxslər tərəfindən zorlandığını iddia edərək şantaj yolu ilə onlardan pul alıb.

Belə ki, Vəfa Dadaşova istintaqa ifadəsində bildirib ki, İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini, polkovnik-leytenant Pərviz İsmayılovu 2008-ci ildən tanıyır: “O həmişə mənə cinsi əlaqədə olmağı təklif edirdi, amma razı olmurdum. 2010-cu il aprel-may aylarında Bakıda təşkil etdiyi yığıncağa məni də çağırdı. Ordakılar hamısı Pərvizin həmkarları idi. Axşam saat 9-da məclisdən çıxdıq, o məni evə gətirirdi. Yolda Pərviz israr etdi ki, onunla birlikdə çay içməyə gedim. Birgə çay evinə getdik, onun adaşı və iş yoldaşı da bizimlə idi. Orada məni qəlyan çəkməyə məcbur etdilər, sonra halsızlaşdım. Özümə gələndə gördüm ki, məni bir otağa salıblar, hər ikisi mənə təcavüz edərək işgəncə verib”.

V.Dadaşovanın sözlərinə görə, P. İsmayılov bu hadisədən sonra könüllü olaraq ona pul verib: “Səhəri gün Pərviz zəng edib həkimə getməyi təklif etdi və 300 manat pul göndərdi. Sonra da telefonuna zəng çatmadı, özü də yoxa çıxdı. 6 il sonra onun iş yerini öyrənib tapdım və dedim ki, şikayət edəcəyəm. Pərviz isə yaxın vaxtlarda yüksək vəzifəyə gedəcəyini deyib şikayət etməməyim üçün yalvardı. Sonra özü mənə dəyən ziyana görə 50 min manat pul təklif etdi və hissə-hissə ödəməyə başladı. Üç dəfəyə 5500 dollar verdi, sonra isə əməliyyat olunmağım üçün 6 min dollar verəcəyini dedi. Nərimanov metrosunun yanında parkda görüşdük, o pulu stolun üstünə qoydu. Mən də götürüb çantama qoydum və oradan uzaqlaşanda polislər məni saxlayıb “Bandotdel”ə apardılar. Orada bildim ki, Pərviz məndən şikayət edib. Mən 6 min dolları polis əməkdaşlarına könüllü təhvil verdim”.

Zərərçəkmiş P.ismayılov isə ifadəsində bildirib ki, 2008-ci ildə Göyçay RPŞ-da Cinayət Axtarış Bölməsinin rəisi olan zaman xidməti fəaliyyəti ilə əlaqədar V.Dadaşovanı tanıyıb: “O vaxt Vaqif Əliyev adlı şəxs axtarışda idi, bizə də məlumat daxil oldu ki, bu adam Vəfa Dadaşova ilə qeyri-rəsmi olaraq birgə yaşayır. Mən də Vəfa ilə əlaqə yaradaraq Vaqifin yerini öyrəndim və onu saxladıq. Bundan sonra Vəfa ilə səmimi münasibətimiz yarandı, bir neçə dəfə Bakıda görüşüb çörək yedik. Bakıda dostlarımla çörək yeyərkən mənə zəng etdi, ona da istəsə gələ biləcəyini dedim. Təxminən 20 dəqiqə sonra Vəfa sərxoş vəziyyətdə yanımıza gəldi. 1 saat da bizimlə spirtli içki içdi. Çox sərxoş olduğu üçün evinin ünvanını öyrənə bilmədim. Məcbur olub ayılmasını gözlədik, sonra tanışım Pərvizlə onu aparıb kirayə yaşadığı evin həyətində düşürdük.

Səhərisi gün Vəfa mənə zəng edib məclisdə onun yeməyinə zəhər qatdığımı dedi və buna görə yoldaşına pul göndərməyimi istədi. Mən artıq onun şər-xəta olduğunu bilib 500 manat göndərdim. 2016-cı ildə Vəfa zəng edib 6 il əvvəlki məclisdən sonra tanışımla birlikdə onu qeyri-təbii yolla zorladığımı dedi və Türkiyədə müalicə olunacağını deyərək 2 min dollar tələb etdi. Dedi pulu verməsən səni ailən və işində rüsvay edəcəyəm. Onun hədəsindən qorxdum və görüşməyə də getmədim. Qohumum Elmirlə ona 2 min dollar göndərdim. Üç ay sonra Vəfa eyni tələblə 50 min manat istədi. Mayın 1-nə kimi vaxt qoydu və ilk olaraq 10 min manat verməyimi istədi. Vəkil tanışım Tofiq ondan şikayət etməyimi məsləhət gördü. Mən də rəisimə raport yazdım, əməliyyatda könüllü iştiraka razılıq verdim.

Vəfa ilə intim münasibətdə olmamışam, sadəcə onun başqa şəxslərə də belə hədə-qorxu gəldiyini, özünü jurnalist kimi təqdim edərək rüsvay edəcəyini dediyi üçün qorxumdan razılaşıb pul vermişdim”.

Qeyd edək ki, V.Dadaşova istintaq dövründə həbs edilməsə də, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında barəsində həbs qərarı verilib və məhkəmə zalında qandallanıb.

Xəbər 1148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +